Hacıqabulda erkən nikahın qarşısı alınıb
Yusif Nəzərli
19:58 19.10.2025
Dünya
552
Hacıqabulun Meyniman kəndində 23 yaşlı şəxslə 16 yaşına yaşına çatmayan qızla planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirilib ki, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Bir daha diqqətə çatdırılır ki, qanunvericiliyinə əsasən, nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir. Bu yaş həddinə çatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandır və belə hallara yol verən şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Valideynlər, ailə böyükləri belə qanunsuz addımlardan çəkinməli, övladlarının gələcəyinə məsuliyyətlə yanaşmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol