İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı Mais Nuriyev vəfat edib
09:56 26.10.2025
Mədəniyyət
430
İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın Əməkdar artisti, İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev vəfat edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Milandakı “Aida” və “Orizon” Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyev komitə ilə sıx əməkdaşlıq edərək, İtaliyada yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycanın mədəniyyətinin Avropada təbliği istiqamətində mühüm işlər görüb.
Soydaşımız uzun illər Azərbaycan xalq rəqslərini dünya səhnələrinə daşıyıb, peşəkar fəaliyyəti ilə zəngin mədəni irsimizi, tariximizi, milli dəyərlərimizi İtaliyada və başqa ölkələrdə layiqincə tanıdıb, mədəni diplomatiyaya böyük töhfələr verib. Onun yorulmaz tədris fəaliyyəti sayəsində xeyli gənc xoreoqraf yetişərək ölkəmizin mədəni irisini beynəlxalq aləmdə daha geniş auditoriyaya çatdırıb.
Xoreoqraf öz fəaliyyəti ilə İtaliya ictimaiyyəti arasında nüfuza malik olub, iki ölkə arasında mədəni körpünün daha da möhkəmlənməsində ciddi rol oynayıb, ölkəmizə dostlar qazandırıb.
Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əməkdar artist fəxri adı alıb, həmçinin “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “Diaspor fəaliyyətində xidmətə görə” AR medalı ilə təltif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm