
ABŞ İranı çökdürməklə Rusiyanın bölgədəki ən iri qolunu kəsmiş olacaq -Politoloq
13:44 10.02.2025
Dünya
475
Donald Tramp əvvəlki prezidentliyi dövründə ABŞ-nin xarici siyasətində radikal dəyişikliklərə səbəb oldu. Tramp, Obama administrasiyasının İranla imzaladığı müqaviləni rədd edərək, rəsmi Tehran üzərinə sərt iqtisadi sanksiyalar tətbiq etdi və bununla yanaşı, İranın regiondakı təsirini zəiflətməyə çalışdı. O, indiki prezidentliyi dövründə də bu siyasətini davam etdirməyə çalışır.
İran, bölgədəki ən etibarlı müttəfiqlərindən biri olaraq, Rusiyanın təsir dairəsində mühüm yer tutur. Tramp, İranı iqtisadi cəhətdən çökdürməklə Rusiyanın mövqeyini zəiflətmək istəyir.
ABŞ prezidentinin bu siyasəti, Rusiya-Ukrayna müharibəsi və Avropada artan gərginliklər kontekstində də əhəmiyyətli yer tutur.
Ümumiyyətlə Qərb dünyası, Rusiya ilə olan əlaqələri çətinləşdirmək üçün İranı təzyiq altına almaqdadır. Çünki İran Moskva ilə əlaqələrini azaltsa, bu, Rusiya üçün mühüm bir müttəfiq itkisi olacaq.
Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən politoloq Elçin Abdullayev Trampın anti-İran siyasətinin səbəbinə aydınlıq gətirib:

"Donald Trampın 2017-2021-ci il aralığında ABŞ-a prezidentlik etdiyi müddətə ekskursiya etsək onun İrana münasibətinin nədən ibarət olduğunu açıq-aydın görəcəyik. Hələ 2015-ci ildə dönəmin prezidentləri Barak Obama və Həsən Ruhaninin səyləri nəticəsində bu iki dövlət arasında müəyyən qədər yaxınlaşma hiss olunmaqda idi. Hətta saziş də imzalandı. ABŞ İrana tətbiq etdiyi sanksiyaları yumuşaltdı. Əvəzində isə İran nüvə fəaliyyətini məhdudlaşdırdı. Lakin Tramp o zaman 2017-ci ildə Ağ evdə prezidentlik kürsüsünə əyləşdiyi gündən İrana qarşı sərt ritorikaları ilə tanınmağa başladı. Barak Obamanın İranla imzaladığı sazişdən çıxdı. Eyni zamanda İrana qarşı yenidən sanksiyalar tətbiq etdi. Bu faktor özü Donald Trampın İrana olan münasibətinin bariz nümunəsi idi. Bu gün yenidən belə fikirlər səsləndirilir ki, İran dövləti ilə danışıqlara başlamaq lazımdır və yaxud da Tramp belə bir istəkdədir".
Ekspert Donald Trampın yeni prezidentliyi dönəmində də İrana qarşı sərt addımlar atacağına diqqət çəkib:
"Bu gün Tramp Rusiya-Ukrayna müharibəsində müəyyən nailiyyətlər əldə etməyə çalışırsa, bu o demək deyil ki, o, digər məsələlərdən vaz keçəcək. ABŞ-nin indiki prezidenti İrandakı rejimlə amansız bir mübarizə aparacaq. İranın maksimum dərəcədə çökdürülməsinə, xüsusən də iqtisadi cəhətdən dizə gətirilməsinə çalışacaq. Bu gün görünən odur ki, İran Rusiyanın ən etibarlı müttəfiqidir. ABŞ İranı çökdürməklə Rusiyanın bölgədəki ən iri qolunu kəsmiş olacaq.
Qərb bu məsələlərin hamısını Rusiyanın küncə sıxışdırılması üçün hesablayır. Rusiyanın xüsusəndə Putin iqtidarının çökdürülməsi Qərbin əsas planlarının başında gəlir. Belə olması üçün isə ilk növbədə Moskvanın müttəfiqlərini neytirallaşdırmaq lazımdır. Bu gün demək olar ki, Qərb Moskvanı müttəfiqsiz qoyub. Tramp 4 il ərzində çox ciddi addımlar atacaq. ABŞ ilə İran arasında Tramp dönəmində hər hansısa bir yaxınlaşma müşahidə olunmayacaq".
Politoloq sonda Trampın antiiran yönümlü yeni fərmanlar imzalaya biləcəyini bildirərək, qurulan oyunların hamısının Rusiyanın başında çatlayacağını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya