
ABŞ-nin Kiyevə hərbi yardımlarının kəsilməsi döyüş meydanında təsirsiz ötüşməyəcək -RƏY
12:34 25.02.2025
Dünya
359
ABŞ dəstəyi dayandırsa, Ukraynanın hazırkı silah ehtiyatı sadəcə yay aylarınadək kifayət edəcək. Bu barədə “The Wall Street Journal” nəşrinə Pentaqonun keçmiş yüksək vəzifəli rəsmisi Selesta Uollander deyib. O bildirib ki, Prezident Donald Trampın son vaxtlar Ukrayna lideri Volodimir Zelenski əleyhinə açıqlamaları rəsmi Vaşinqtonun bu ölkəyə dəstəyi dayandıracağı ehtimallarını artırır. Onun bu fikri ilə ukraynalı ekspertlər də razıdırlar. Belə ki, Ukraynada fəaliyyət göstərən “Come Back Alive” Qeyri-Hökumət Təşkilatının baş analitiki Nikolay Beleskov həmin faktorun Ukraynanın itkilərinin sayını artıracağını düşünür. Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ABŞ-nin Ukraynaya 70 milyard dollar məbləğində hərbi yardım göstərib.
Digər tərəfdən, bu dövrdə Ukrayna tərəfi illik silah-sursat istehsalı həcmini 30 milyard dollara çatdırıb. Təkcə 2024-cü il ərzində bu ölkə 1,5 milyon ədəd pilotsuz uçuş aparatı (PUA) istehsal edib. Bu il isə ölkənin 3000 ədəd raket və 30 min PUA istehsalı ilə bağlı planları var. Ümumilikdə Ukrayna ordusunun istifadə etdiyi hərbi texnikanın 55 faizi daxili istehsalın payına düşür. ABŞ və Avropa isə Silahlı Qüvvələrin texniki təchizatının 45 faizini üzərinə götürüb. Hazırda ABŞ-nin öhdəliyində Ukraynaya 3,8 milyard dollarlıq silah-sursat göndərilməsi öhdəliyi mövcuddur.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a söyləyib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin nizamlanması və müharibənin dayanması istiqamətində fəaliyyət, o cümlədən Səudiyyə Ərəbistanının paytaxtında keçirilən görüşdən sonra Ukrayna ilə ABŞ arasında münasibətlər gərginləşib:

“Donald Tramp və Vladimir Zelenski artıq polemikaya daxil olur və qarşılıqlı ittihamlar, tənqidlər özünü göstərməkdədir. Bu isə ABŞ-nin Ukraynaya hərbi yardımlarının dayandırılması ilə nəticələnə bilər. Belə vəziyyətdə Ukraynanın Rusiya qarşısında tab gətirə biləcəyi sual antındadır. Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketinin qəbul olunması da onu deməyə əsas verir ki, Avropa bu silahların, yardımların, sursatların dayandırılmasının əleyhinədir. Avropa çalışır ki, fasiləsiz olaraq Ukraynanın müasir silahlara əlçatanlığınl təmin etsin. Digər tərəfdən, Ukrayna özü də artıq silah istehsalçıları sırasındadır və döyüş qabiliyyətinə görə ilk onluqda yer alır. Çünki dünyanın ərazisinə görə ən böyük nüvə dövləti Rusiya ilə müharibə aparır. 2022-ci ilin fevralın 24-dən Ukrayna müharibəyə davam edir. Hətta Ukrayna, Rusiya ərazisinə də Kursk istiqamətində müdaxilə etmişdir. Hesab edirəm ki, Ukrayna nə qədər hərbi uğurlar, davamiyyətlər əldə eləsə də, ABŞ-nin hərbi yardımlarının kəsilməsi döyüş meydanında təsirsiz ötüşməyəcək. Ukrayna ordusunun psixoloji durumuna da bu təsir edə bilər. Hər kəsə bəllidir ki, müharibənin əsas sponsoru Amerika Birləşmiş Ştatlarıdır. Lakin Tramp bu gün fərqli mövqedən çıxış edir. Ukraynanın mineral ehtiyatlarını istismar etmək haqqında fondun yaradılması fikri də bu gün kifayət qədər müzakirə olunur. Bu məsələlərin həlli müharibənin gələcək gedişatını da müəyyən edəcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi geri döndü
20:25 18.02.2026
Futbol
KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır
20:08 18.02.2026
Gündəm
Rubio Raul Kastronun nəvəsi ilə gizli danışıqlar aparır
19:58 18.02.2026
Gündəm
Gürcüstan DTX-da dindirilən keçmiş nazir ölkəni tərk edib
19:46 18.02.2026
Gündəm
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual