ABŞ ölkələrə yardımı dayandırdı - Ermənistan isə istisna edildi
Yusif Nəzərli
14:18 03.02.2025
Dünya
338
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistanla bağlı "humanitar yardım proqramları" dayandırılmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə News.am saytının sorğusuna cavab olaraq USAID-in Ermənistan missiyası məlumat verib.
ABŞ Prezidenti Donald Trampın USAID-ə ödənişləri dayandırması barədə göstəriş verdiyini xatırladan sayt qurumun İrəvandakı missiyasına Ermənistanla bağlı proqramlarının maliyyələşdirilməsinin dayandırılıb-dayandırılmadığını öyrənmək üçün sorğu göndərib.
“Dövlət katibi (Marko Rubio) həyati əhəmiyyətli humanitar yardımın göstərilməsini təsdiqləyib və xüsusi məqsədlər üçün göstərilən yardım üçün istisnalar edib. Artıq həyata keçirilən həyati əhəmiyyətli humanitar yardım proqramları (?!) davam etməli və ya davam etdirilməlidir”, - qurumdan bildirilib.
Məlumatda deyilir ki, USAID-ə istisnaların müəyyən edilməsi üçün müraciətlər daxil olur.
Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio USAID vasitəsilə əksər xarici yardım proqramların maliyyələşdirilməsinin 90 gün müddətinə dondurulması və yeni qrantların ayrılmasının dayandırılması barədə sərəncam imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm