Ailəsindən küsdü: Yeri qazıb özünə ev düzəltdi
09:17 23.04.2024
Dünya
549
Andres Canto valideynlərinin “kəndə idman geyimində getmə” iradına görə evdən küsüb. 14 yaşlı Andres babasındaqalma bel və külüngü götürüb bağçada qazıntıya başlayıb.
“Sherg.az” “milliyet.com.tr”yə istinadən bildirir ki, Andres düz 8 il qazma işləriylə məşğul olub. Evlərinin bağçasında ev tipli mağara düzəldib. Bura normal evdən demək olar, heç nəylə fərqlənmir. Aşağıya doğru enən torpaq pillələr mağara-mənzilin içinə aparır. Mənzildə qonaq otağı və yataq otağı var. Bura görənləri heyrətləndirir. Andres bu işi həvəslə gördüyünü deyib: “Son 2 ildə torpaq qatını yarım metr də alçaldaraq qonaq otağının ərazisini xeyli genişləndirmişəm. Fikrimdə var ki, daha bir otaq əmələ gətirim. Bunun üçün bir az da dərindən qazmalıyam. Buna isə yalnız həftədə 4 saat vaxt ayıra bilirəm”. Andres təhsil alır və buna görə də qazıntı işlərinə son zamanlar çox vaxt ayıra bilmir. “Məhəllədə sıxılırdım, nəsə bir iş görmək istəyirdim. Əvvəlcə planımda bir quyu qazmaq vardı. Amma qazıntıya başladıqda fikrim dəyişdi. Və özümə mənzil düzəltməyi qərara aldım” deyən Andersin torpaq mənzilində xörək bişirmək üçün kömür ocağı, musiqi dinləmək üçün səs sistemi, telefona bağlı Wi-Fi, 4 ədəd elektrik qızdırıcı var. Mağara yerin 5 metr dərinliyindədir. Andres Canto artıq hamının onun torpaq ev arzusunu qəbul etdiklərini, tez-tez qonaqları olduğunu deyib. “Dostlarım buranı bəyənirlər. Mənə qonaq gəlirlər və çox gözəl vaxt keçiririk. Burada ilin ən isti aylarında temperatur 21 dərəcədən yüksəyə qalxmır. Sərin olur. Amma yağışlar zamanı subasma problemi yaşayıram. Su ilə bərabər həşəratlar, böcəklər də gəlir. Narahat deyiləm, əksinə, öz mənzilim olduğu üçün xoşbəxtəm. Burada yuyunmaq üçün də şərait yaradacam. Cakuzi düzəltmək fikrim də var”, söyləyən Anders bu işin çox əyləncəli olduğunu deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol