Almaniyada federal seçkilərdə Xristian Birlik ittifaqı qalib gəlib
Yusif Nəzərli
22:12 23.02.2025
Dünya
334
Almaniyada keçirilən növbədənkənar federal seçkilər Xristian Birlik (CDU/CSU) ittifaqının qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Birlik seçicilərin 28,4 faizinin səsini toplayaraq birinci olub. İkinci sırada isə 2021-ci ildəki seçkilərdən sonra böyük sıçrayış əldə edən Almaniya üçün Alternativ partiyası (Afd) olub. Dörd il əvvəl 9,7 faiz səs toplayan AfD bu dəfə 20,1 faiz səslə ikinci sırada qərarlaşıb. Kansler Olaf Şoltsun təmsil etdiyi Sosial Demokrat Partiyası (SPD) isə sonuncu seçkilərlə müqayisədə ağır itki ilə üzləşib. 2021-ci ildə 25,7 faiz səslə qalib gələn SPD builki səsvermədə cəmi 16,3 faiz səs toplaya bilib. Yaşıllar partiyası 12,4, Sol Partiya 8,8, Azad Demokrat Partiyası (FDP) və Sahra Vaqenknext İttifaqı (BSW) 5 faiz səs yığıb.
Seçkilərdə qalib gələn Birlik ittifaqını hökuməti formalaşdırmaq üçün çətin koalisiya danışıqları gözləyir. İttifaqın namizədi Fridrix Merts dünyanın üçüncü, Avropanın isə ən böyük iqtisadiyyatı olan Almaniyanın iqtisadi durğunluq, geosiyasi dəyişikliklərə reaksiya verilməsi, miqrasiya siyasəti, Almaniyanın müdafiə siyasəti və digər sahələrdə ciddi durğunluğun və çətinliklərin olduğu bir şəraitdə yeni hökumət qurmalı və bu məsələlərə həll yolu tapmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran və Rusiya birgə hərbi təlimlər keçirəcəklər
21:42 18.02.2026
Dünya
Amerika İsrail İctimai Əlaqələr Komitəsi ilə mühüm görüş olub
21:19 18.02.2026
Gündəm
Cenevrə danışıqları hələlik tarixi dönüş nöqtəsi deyil - ŞƏRH
20:59 18.02.2026
Gündəm
ADSEA: Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edilməyib
20:37 18.02.2026
Sosial
Messi geri döndü
20:25 18.02.2026
Futbol
KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır
20:08 18.02.2026
Gündəm
Rubio Raul Kastronun nəvəsi ilə gizli danışıqlar aparır
19:58 18.02.2026
Gündəm
Gürcüstan DTX-da dindirilən keçmiş nazir ölkəni tərk edib
19:46 18.02.2026
Gündəm
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm