Alpinistlər itkin düşdü -Əkizlərin axtarışı davam edir
01:10 21.11.2024
Dünya
381
Türkiyədə itkin düşmüş belaruslu əkiz bacılar Valentina və Marya İvankovaların axtarışları davam edir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, itkiş düşən əkiz bacılar alpinistdirlər. Onlar 5 gün əvvəl Aladağların Yedigöllər bölgəsinə gəzintiyə çıxıblar və 2 gündən sonra geri dönəcəklərini bildiriblər. Lakin 2 gün keçsə də, bacılar geri dönməyib və onlarla əlaqə saxlamaq da mümkün olmayıb. Bundan sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb. AFAD və Jandarma Axtarış-Xilasetmə qrupu bölgəyə göndərilib. Ancaq axtarışlar hələ ki bir nəticə verməyib. Hava qaralınca yarımçıq qalan iş ertəsi gün səhərin ilk saatlarında yenidən başlayıb. Aladağların bir hissəsinin sərhədləri daxilində qaldığı Kayseridə bu bölgədəki işlərə AFAD, Jandarma Axtarış-Xilasetmə və Yəhyalının həvəskar alpinistlərindən ibarət qrup da qatılıb. Niğde Jandarma Axtarış-Xilasetmə və AFAD qrupları Sokullupınar marşrutu üzərində Kızılkaya zirvəsi və Emli vadisi bölgəsində işlərini davam etdirir. Ankaradan havaya qalxan pilotlu kəşfiyyat təyyarəsi də bölgədə səmadan çəkiliş aparır. Alpinist bacıların axtarışlarına Belarus konsulluğunun noyabrın 19-da Niğde bələdiyyəsinə məlumat verməsindən sonra başlanılıb. Niğde bələdiyyəsindən hadisə ilə bağlı verilən açıqlamada alpinist bacıların Kızılkaya zirvəsinə doğru hərəkət etdiklərini bildirib: “Belarus konsulluğu tərəfindən bələdiyyəmizə telefonla verilən məlumata görə, Marya və Valentina İvankova alpinizmlə məşğul olmaq üçün noyabrın 15-də Ankaradan Niğdeyə gəliblər. Ancaq noyabrın 18-də geri dönəcəkləri bildirilsə də, onlardan heç bir xəbər alınmayıb. Xilasetmə komandasından 4 nəfər və AFAD qruplarından 10 nəfər heyətlə axtarış-xilasetmə işlərini davam etdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya