
Analitik: Tramp və Harrisin son açıqlamarı amansız seçki mübarizəsindən xəbər verir
Yusif Nəzərli
10:53 01.11.2024
Dünya
475
Amerika xalqı axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsi olmaqdan yorulub. Bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib. O bildirib ki, siz axmaqlar ölkəsi olmaqdan yorulmusunuz. Biz axmaqların idarə etdiyi axmaqlar ölkəsinə çevrilmişik. Tramp çıxışında Prezident Co Baydeni “axmaq əclaf” adlandırıb və onu ABŞ-ın inkişafına mane olmaqda ittiham edib.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki,ABŞ-də prezident seçkilərinin yaxınlaşması ölkə cəmiyyətində gərginliyi maksimum səviyyədə artırıb:

“Hətta Donald Tramp və Kamala Harrisin son açıqlamarı amansız seçki mübarizəsinin olacağından xəbər verir. Bəzi məlumatlara görə iki tərəf arasında qüvvələr nisbəti də bərabərləşmək üzrədir. Ümumi götürdükdə isə prezident seçkilərinin ABŞ cəmiyyətini ciddi şəkildə parçaladığını düşünmək olar. ABŞ cəmiyyətindəki parçalanma eyni zamanda kifayət qədər dərin və barışmaz xarakter daşıyır. Ona görə də hər iki tərəfin biri-birini təhqir etməsi, öz tərəfdarlarını amansız savaşa cəlb etməsi o qədər də təəccüblü deyil. Prezident seçkiləri son nəticə olaraq dünya düzənində də aydınlaşma prosesinə yol aça bilər. Çünki Bayden administrasiyasının təmsilçisi olan Kamala Harris hakimiyyətdə qalmağa nail olarsa, ABŞ-nin yürütdütü xarici siyasət kursu eynilə davam edəcək. Bütün dünyada yeni münaqişə ocaqlarının yaradılması və müxtəlif savaşların törədilməsi ABŞ-nin xarici siyasətində əsas prioritet olaraq qalacaq. Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə isə dünyadakı bəzi münaqişə ocaqlarının, o cümlədən Ukrayna savaşının dayandırılma ehtimalı mövcuddur. Ona görə də hesab etmək olar ki, ABŞ seçkilərinin mövqeyindən asılı olaraq dünyada sülh və savaş proseslərindən hansının ön plana keçməsi aydınlaşa bilər. Əgər ABŞ cəmiyyətindəki qarşıdurma və prezidentliyə namizədlər arasındakı belə təhqirəramiz yanaşmalar davam edərsə, ölkə daxilində ixtişaşların baş verməsi və vətəndaş müharibəsinin olması qaçınılmaz deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya