
Analitik: Türkiyə coğrafi üstünlük qazandı
Yusif Nəzərli
00:13 11.12.2024
Dünya
388
Ankara Suriya masasında aparılacaq mümkün danışıqlarda əlini gücləndirdi
“Münbiçin nəzarətə götürülməsi PYD/YPG ilə mübarizədə mühüm başlanğıcdır. Türkiyə daha güclü şəkildə əsas mərhələyə bundan sonra başlayır"
Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Baş katibi Antonio Quterreşlə danışıb. Telefon danışığı zamanı Suriya və regiondakı son proseslər müzakirə edilib. H.Fidan Türkiyənin Dəməşqdəki səfirliyinin açılması üçün lazım olan şərtlərə baxacaqlarını bildirib. Bundan başqa, Suriyada nizamlı siyasi keçidin təmin edilməsi, humanitar yardımların çatdırılması və Suriyanın yenidən qurulması üçün BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin atacağı addımlar barədə fikir mübadiləsinin aparıldığı da qeyd edilib. ABŞ Suriya mövzusunda Türkiyə ilə sıx təmasda olacağını açıqlayıb. ABŞ-nin BMT-dəki (BMT) daimi nümayəndəsinin müavini Robert Vud Türkiyə və ABŞ-nin müttəfiq olduğunu deyib. Amerikalı rəsmi bildirib ki, Türkiyə ilə təmaslar davam etdirilir: "Yaxın günlərdə, həftələrdə və aylarda da bu mövzu üzərində işləməyə davam edəcəyik. Çünki hamımız Suriyada işlərin hara gedəcəyini anlamağa çalışırıq". Vud Suriya xalqını təmsil edən və dəstəkləyə biləcək bir keçid prosesi üçün bütün tərəflərin birlikdə çalışmasının çox vacib olduğuna diqqət çəkib. Amerikalı nümayəndə, həmçinin Suriyada idarəetməni ələ keçirən səlahiyyətlilərin beynəlxalq ictimaiyyət tərəfindən yaxından izləndiyini də söyləyib. Türkiyə Xarici İşlər Nazirliyi İsrail ordusunun Suriyaya girməsinə də reaksiya verib. Qeyd edilib ki, Ankara İsrailin 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Müqaviləsini pozaraq, Suriya ərazisinə daxil olmasını və sözügedən ölkənin ərazisində irəliləməsini şiddətlə qınayır: "Suriya xalqının uzun illərdir həsrətində olduğu sülh və sabitliyə nail olmaq imkanının ortaya çıxdığı bu həssas dövrdə İsrail yenidən işğalçı zehniyyətini nümayiş etdirir. Biz Suriyanın suverenliyi, siyasi birliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi qətiyyətlə təkrar edirik". Erməni politoloq Arman Abovyan da deyib ki, Suriya faktoru təkcə bu keçmiş dövlətin ərazisi ilə bitməyəcək və çox güman ki, tezliklə regionun xəritəsində çox ciddi dəyişikliklərin şahidi olacağıq: “Türkiyə Böyük Turan layihəsinin Yaxın Şərqi də əhatə edən hissəsini silah gücü ilə səmərəli şəkildə həyata keçirərək, bölgədəki fiziki varlığını əhəmiyyətli dərəcədə genişləndirdi. Bu da öz növbəsində Türkiyə-Azərbaycan tandeminin Ermənistanı daha da sıxışdırmaq və Mərkəzi Asiya istiqamətində qeyri-sabitlik yaratmaq cəhdlərinin aktivləşməsinə gətirib çıxaracaq".
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Türkiyə PKK-nın PYD/YPG qanadına qarşı mübarizədə illərdir təmizləmək istədiyi Münbiçə Suriya Milli Ordusu üzərindən daxil oldu. Analitik qeyd edib ki, Münbiç 2016-cı ildə ABŞ-nin dəstəyi ilə PYD-nin nəzarətinə keçib:

"Vaşinqton Ankaraya şəhərin təmizlənəcəyi vədini versə də, yerinə yetirmədi. Eyni vədi 2019-cu ildə Rusiya Türkiyəyə versə də, anlaşma kağız üzərində qaldı. Şəhərin nəzarətə götürülməsi Türkiyə üçün strateji qazanc deməkdir. Türkiyə Fəratın şərq sahilində möhkəmləndi. Suriya ərazisində Türkiyəyə mümkün hücumların qarşısını almaqda coğrafi üstünlük qazandı. PYD/YPG Fərat çayının qərb sahilində ciddi təsir itirdi və çayın şərqinə doğru sıxışdırıldı. Türkiyə üçün Suriyada və İraqda PKK/PYD/YPG ilə mübarizənin yeni mərhələsinin başlandığı görünür. Münbiçə nəzarət ABŞ-nin dəstəklədiyi bu qruplaşmaya qarşı əməliyyatlarda taktiki baxımdan üstünlük qazandırır. İraqdan Aralıq dənizinə qədər uzanan coğrafiyada planlaşdırılan “kürd dəhlizi” planı ciddi şəkildə əngəlləndi".
A.Nərimanlı vurğulayıb ki, Türkiyə Suriyada keçirdiyi əməliyyatlarla bu planın qarşısını alsa da, 2017-ci ildən başlayaraq, ABŞ bu planın icrası üçün marşruta müəyyən dəyişliklik etmişdi:
"Əsədin getməsi və Rusiya hərbi bazalarının çıxarılması gözləntisi bu marşrutu daha da aktuallaşdıra bilər. Lakin Münbiçin nəzarətə götürülməsi ilə bu marşrutun reallaşması imkanları da azaldıldı. Suriya masasında aparılacaq mümkün danışıqlarda əlini gücləndirdi. Hərçənd, Münbiçin nəzarətə götürülməsi PYD/YPG ilə mübarizədə mühüm başlanğıcdır. Türkiyə daha güclü şəkildə əsas mərhələyə bundan sonra başlayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol