
Analitik: Zelenskinin razılaşmadan dərhal sonra postunu dərk edəcəyini düşünmürəm
11:44 28.02.2025
Dünya
609
Ukrayna-Rusiya müharibəsi davam etdikcə, həm cəbhədə, həm də beynəlxalq siyasi arenada mühüm dəyişikliklər baş verir. Son aylarda Rusiya ordusu bəzi istiqamətlərdə irəliləməyə çalışsa da, Ukrayna Qərbdən silah və maliyyə dəstəyi almağa davam edir. Lakin Avropa ölkələrində bu yardımın uzunmüddətli davamlılığı ilə bağlı müzakirələr aparılır, bu da müharibənin gedişatına birbaşa təsir göstərə bilər. Digər tərəfdən, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələr sülh danışıqlarına vasitəçilik etməyə çalışır. Beynəlxalq diplomatik təşəbbüslər artırılsa da, tərəflər arasında konkret razılaşmanın əldə olunması hələ də çətin görünür. Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün istefası və ölkədə gözlənilən siyasi dəyişikliklər də müharibənin gələcək trayektoriyasına təsir edə bilər.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Ukrayna-Rusiya müharibəsi artıq sona çatmaq üzrədir:

“Səudiyyə Ərəbistanında ABŞ və Rusiya siyasi rəhbərliyi arasında aparılan danışıqlardan sonra Ukrayna müharibəsində yeni mərhələyə qədəm qoyulduğunu müşahidə etdik. Türkiyə də Rusiya və Amerika arasındakı münasibətlərin həlliylə bağlı görüş baş tutdu. Bütün bunlar imkan verir ki, bundan sonrakı dövrdə Rusiya və Ukrayna arasında etimad və barış mühiti əldə edilsin. Hesab edirəm ki, qarşıda çox ciddi hədəflər və planlar var. Rifahın gəlməsi və bölgədə sağlam münasibətlərin olması üçün mütləq şəkildə sülh mühiti formalaşmalıdır. Bunun fərqində olan Ukrayna və Rusiya tərəfi indiki məqam üçün silahların yerə qoyulmasını məqbul hesab edirlər. Ukraynanın vəziyyətinin bundan sonra nece olacağını söyləmək çox çətindir. Çünki Ukraynanı müharibədən sonrakı dövrdə quruculuq prosesi gözləyir. Ukrayna ərazisində böyük dağıntılar baş verib və onların aradan qaldırılması üçün xeyli zaman lazımdır. Hər bir halda iki dövlətin münasibətləri bərpa etmək istəməsi və aktiv döyüş fazası əməliyyatlarının arxa plana keçirilməsi üçün tərəflər arasında razılaşmaların olması bölgə üçün tarixi əhəmiyyətə malikdir. Fikrimcə, Ukraynada Zelenksi bundan sonra uzun müddət hakimiyyətdə qalmayacaq. Lakin iki ölkə arasında razılaşmadan dərhal sonra Zelenskinin prezidentlik postunu dərk edəcəyini düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region