
Bayden odun üzərinə benzin tokür: Rusiya bunu cavabsız qoymayacaq -ŞƏRH
12:14 19.11.2024
Dünya
596
ABŞ-ın uzaqmənzilli raketləri ilkin mərhələdə Kursk bölgəsində Ukraynanın ələ keçirdiyi ərazilərdə birləşmiş Rusiya və Şimali Koreya qüvvələrinə qarşı istifadə ediləcək. Bu barədə "Nyu York Tayms" ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Kurskda döyüşən briqada komandiri ATACMS-ın Ukraynaya hücumu dəstəkləyən logistika mərkəzlərinə, sursat anbarlarına, əsas avadanlıq və təchizat xətlərinə zərbə endirməkdə kömək edə biləcəyinə inandığını bildirib.
Qeyd edək ki, ABŞ, Fransa və Britaniyanın Ukraynaya təqdim etdikləri raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdiyi barədə məlumat yayılıb.
Politoloq Sultan Zahidov “Sherg.az”a söyləyib ki, Co Bayden uzun müddətdən sonra Vladimir Zelenskinin tələb etdiyi şərti yerinə yetirdi:

“Bu şərt Zelenskinin 5 maddəlik qələbə planında da yer alırdı. Şərt isə Rusiyanın dərinliklərinə raket zərbələri endirməkdən ibarətdir. Lakin Amerika Birləşmiş Ştatların tərəfindən buna etiraz olunurdu. Digər tərəfdən Zelenskinin oktyabrın əvvələrində Vaşinqtona səfərinin əsas məqsədi də bu idi. Co Baydenin məlum icazəsindən sonra isə Ukrayna ABŞ-nin təmin etdiyi ATACMS taktiki raket sistemləriylə Rusiyanın dərinliklərini hədəf ala biləcəklər. Ümumiyyətlə ATACMS-lar təxminən 300 klometrlik məsafəni hədəf alır. Mənbələr göstərir ki, Co Bayden uzaqmənzilli raketlərin istifadəsinə icazə verib. Amma ATACMS uzaqmənzilli raket sayılmır çünki uzaqmənzilli raketlər 3500-5000 klometr aralıqdakı obyektləri vurmağa qadirdir. Sadəcə olaraq əvvəlkinə nisbətən Ukrayna daha uzaq məsafələri hədəf ala biləcək. Ukrayna bundan əvvəl HIMARS sistemləri ilə hədəfləri vura bilirdilər ki, bu da təxminən 77 km-lik məsafəni əhatə edirdi. Artıq Ukrayna Kursk vilayətindən Rusiyanın dərinliklərinə doğru 300 km məsafədəki hədəfləri vuracaq. Burada təxminən Rusiyanın 250 hərbi obyekti, 17 hərbi hava bazası yerləşir. Co Baydenin sözügedən icazəsi Ukrayna tərəfindən Rusiyanın hərbi infrastrukturuna daha böyük zərər vurulmasına səbəb ola bilər. Digər tərəfdən savaşın eskalasiyasına gətirib çıxarar. Hətta Kreml də bununla bağlı açıqlama verdi ki, Co Bayden bilərək oda yanacaq tökməklə məşğuldur. Qeyd etmək lazımdır ki, Baydenin qərarı ötən gün Rusiyanın Ukraynanın Odessa şəhərinə hava hücumundan sonra baş tutdu. Bu hücum nəticəsində ona yaxın Ukrayna vətəndaşı həlak oldu. Əgər Amerika raketləri ilə Rusiya əraziləri vurulursa, Moskvanın buna cavabı mütləq şəkildə olacaq. İlkin olaraq Vladimir Putin özünün doktrinasında dəyişikliklər etdi. Orada belə bir müddəa yer aldı ki, hansısa koalisiyanın üzvü tərəfindən Rusiyaya hücum olarsa, Moskva bütün koalisiyanı səbəbkar kimi görəcək. Burada koalisiya deyildikdə NATO nəzərdə tutulur. Yəni Rusiya NATO-ya qarşı əlavə tədbirlər planı hazırlamaqdadır. Eyni zamanda Co Baydenin Ukrayna-Rusiya müharibəsini qəlizləşdirməkdə məqsədi Donald Trampa qarşı yönəlib. Çünki Tramp daimi çıxışlarında söyləyirdi ki, Rusiya-Ukrayna müharibəsini bitirəcək. Əgər savaş gərginləşərsə, Trampın vəziyyəti çətinləşəcək ki, demokratların əsas məqsədi də bundan ibarətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya