“Birlikdə xoşbəxtik” serialında Sveta Bukina obrazı ilə tanınan aktrisa Dariya Saqalovanın həyat yoldaşı Konstantin Maslennikovun Federal Vergi Xidmətinə təxminən 2,4 milyon rubl borcu olduğu bildirilir.
Sherg.az xəbər verir ki, “Gazeta.Ru”nun Rusprofile məlumatlarına istinadən yaydığı xəbərə görə, Maslennikov iki şirkətdə pay sahibidir. Onun 90 faiz payına sahib olduğu “Flomaster” şirkətinin vergi borcu təxminən 2,1 milyon rubl təşkil edir.
Bundan əlavə, Maslennikovun fərdi sahibkar kimi 366 min 134 rubl vergi borcu olduğu qeyd edilir.
Dariya Saqalova və Konstantin Maslennikov 2011-ci ildə evləniblər. Cütlüyün üç qızı var.