Blinkenlə Lavrov mübahisə etdilər
Yusif Nəzərli
23:16 05.12.2024
Dünya
275
ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında açıq münaqişə yaranıb.
Axar.az xəbər verir ki, bu barədə AP nəşri məlumat yayıb.
Məlumata görə, ATƏT-in Nazirlər Şurasının Maltadakı iclasında rusiyalı nazir Qərbi eskalasiya və ölkəsi ilə birbaşa münaqişəyə təhrikdə ittiham edib.
"Əfqan rüsvayçılığından sonra yeni ümumi düşmənə ehtiyac yaranıb. Nəticə Soyuq müharibənin reinkarnasiyasıdır, lakin indi onun qaynar fazaya keçməsi riski daha böyükdür", - Lavrov bildirib.
Blinken xatırladıb ki, vəziyyət məhz Moskva Şimali Koreya qoşunlarını Avropada yerləşdirməklə, Ukraynaya qarşı orta mənzilli ballistik raketdən istifadə etməklə və onun enerji sektorunu vurmaqla gərginləşib.
"Cənab Lavrov hər bir üzv ölkənin öz seçimini etmək hüququndan danışdı. Söhbət məhz bundan gedir: Ukraynanın və xalqının suveren haqqı gələcəklə bağlı öz seçimini etməkdir, bu seçimin Moskva və onun rəhbərliyi altında edilməsinə imkan verməməkdir”, - Blinken bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm