
Cinpin Trampla ticarət əməkdaşlığı genişləndirməyə maraqlıdır -Politoloq
12:03 11.02.2025
Dünya
391
Tramp isə ümid edir ki, Si Cinpinlə ortaq dil tapa bilər
ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Çin lideri Si Cinpinlə danışıb.
Ağ Ev rəhbəri bunu “Fox News” telekanalına müsahibəsində bildirib.
Tramp Çin lideri ilə çox yaxşı şəxsi münasibətlərinin olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra 100 gün ərzində Çinə səfər edəcəyini planlaşdırırdı. Həmçinin Tramp müşavirlərinə Çin Sədri Si Cinpinlə əlaqələri gücləndirmək üçün bu ölkəyə getmək arzusunu bildirmişdi.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, ABŞ Prezidenti Donald Tramp müxtəlif ölkələr kimi Çinə də rüsumların artırılmasını tətbiq etsə də, sonradan bunu dondurdu:

"Tramp ümid edir ki, Si Cinpinlə ortaq dil tapa bilər. Təsadüfi deyil ki, onların telefon danışığı da baş tutub. ABŞ Prezidenti Si Cinpini dost adlandırsa da, əslində bu ölkəyə qarşı sərt siyasət yürüdür. Düşünür ki, ticarət balansı Çinin xeyrinə olduğuna görə bunu dəyişmək lazımdır. Eyni zamanda iki ölkənin lideri arasında yenidən telefon danışığına və ya Ağ Evdə görüşə ehtiyac yarana bilər. Aydındır ki, indiki halda Tramp Pekinə səfər etməz. O, Ağ Evdə Si Cinpini gözləyəcək. Elə bu yaxınlarda Yaponiyanın Baş naziri yapon məhsullarına olan rüsumun artmasını istəmədiyini bildirmək üçün Ağ Evə getmişdi. Bunun müqabilində iqtisadi əməkdaşlıqları gücləndirəcəyini vəd edib. Yaponiyanın Baş naziri ABŞ-dən daha çox sıxılmış qaz alacaq və nəticədə bu ölkəyə yatırımları artıracaq".
Politoloq vurğulayıb ki, Si Cinpin yaxın zamanlarda Trampla yox, Rusiya Prezidenti ilə görüşəcək:
"Putin Si Cinpini mayın 9-da Böyük Vətən müharibəsinin 80 illiyi münasibətilə Moskvaya dəvət edib. Sentyabrda Pekində keçiriləcək oxşar tədbirlərdə isə Rusiya Prezidenti də iştirak edəcək. Putin Cinpinin Trampla yox, onunla yaxınlaşmasını və güclü əlaqələr qurmasını istəyir. Lakin Çin üçün ABŞ bazarı çox vacibdir. Çünki rəsmi Pekinin Rusiya iqtisadiyyatında yatırımları yoxdur. Əvvəllər neft alsa da, son zamanlar ABŞ-nin sanksiyalarından ehtiyatlandığı üçün azaldıb. Buna görə də Cinpin Trampla ticarət əmədaşlığını genişləndirməyə maraqlıdır. Rusiya isə onun siyasi baxımdan tərəfdaşıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yayda isti çay içməyin faydaları
04:30 02.08.2026
Sağlamlıq
Alman həkimlərindən YÜKSƏK TƏZYİQİ salmaq üçün ən sadə üsul
03:28 02.08.2026
Sağlamlıq
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə