Conson Putinin onu raket hücumu ilə hədələməsi barədə: “O çox rahat danışırdı”
Yusif Nəzərli
07:29 30.01.2023
Dünya
461
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müdaxilədən əvvəl təcili telefon danışığı zamanı Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonu raket hücumu ilə hədələyib.
Bu barədə Boris Conson yerli KİV-ə müsahibəsində deyib.
Conson Rusiya prezidentinə müharibənin fəlakətlə nəticələnəcəyi, Qərbin sanksiyalarına məruz qalacağı və Rusiya sərhədlərində NATO qoşunlarının sayının artmasına səbəb olacağı barədə xəbərdarlıq edib.
“Müəyyən bir anda o məni hədələdi və dedi: “Boris, mən səni incitmək istəmirəm, ancaq raketlə bu ağrı bir dəqiqə çəkəcək”. Nəsə buna oxşar bir şey dedi. Amma çox rahat tonda danışmağını və laqeydliyini nəzərə alaraq düşünürəm ki, o, sadəcə olaraq, mənim onu danışıqlara cəlb etmək cəhdlərimə qarşı qəsdən belə davranırdı”, - deyə Conson qeyd edib.
O, həmçinin Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təhlükəsiz yerə getməsi üçün kömək təklif etdiyini xatırladıb.
“O, mənim təklifimi qəbul etmədi. Qəhrəmancasına olduğu yerdə qaldı”, - deyə Conson vurğulayıb.
Mənbə: BBC
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks