Daha üç uşaq şiddətli şaxtadan ölüb
12:04 25.02.2025
Dünya
373
İsrailin 15 aydan çox davam edən hücumlarından sonra əldə olunan atəşkəsə baxmayaraq, yardımların məhdudlaşdırılması səbəbindən sığınacaq və istilik problemlərinin yaşandığı Qəzzada soyuq hava şəraiti bölgə xalqının əziyyətini artırır.
Sherg.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın səhiyyə mənbələrinə istinadən verdiyi məlumata görə, Qəzzada üç uşaq şiddətli soyuqdan ölüb.
Mənbələr soyuq havanın təsirli olduğu Qəzzada bir çox uşağın vəziyyətinin "kritik" olduğunu bildirib.
Qəzzada soyuqdan ölən uşaqların sayı 10-a çatıb.
Hökumətin Qəzzadakı Media Ofisinin məlumatına görə, daha əvvəl Qəzzada şiddətli soyuqdan 7 uşaq dünyasını dəyişib.
İsrailin Qəzzaya 15 aydan artıqdır davam edən hücumları zamanı 14 mini dağıntılar altında itkin düşənlər də daxil olmaqla 61 mindən çox fələstinli ölüb, 2 milyon insan isə didərgin düşüb.
Hücumlar, həmçinin məcburi köçkün fələstinlilərin sığındıqları xəstəxanalar, evlər və məktəbləri hədəf alaraq Qəzza zolağının infrastrukturunun 88 faizini məhv edib.
İsrailin uzun müddətdir Qəzzaya humanitar yardımları blokadada saxlaması səbəbindən bölgə xalqının qida, təmiz su, sığınacaq və istilik materialları kimi yardımlara ehtiyacı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi geri döndü
20:25 18.02.2026
Futbol
KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır
20:08 18.02.2026
Gündəm
Rubio Raul Kastronun nəvəsi ilə gizli danışıqlar aparır
19:58 18.02.2026
Gündəm
Gürcüstan DTX-da dindirilən keçmiş nazir ölkəni tərk edib
19:46 18.02.2026
Gündəm
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual