
Dünya yenidən dəyişmək mərhələsindədir -ANALİZ
Yusif Nəzərli
05:27 11.12.2024
Dünya
481
Suriya ərazisinin ilk müştərisi də çıxıb. İsrail "bufer zona" adı altında Qolan təpələrinin bir hissəsini götürüb və çıxmayacağını da bəyan edir
"Dörd il nisbi sakitlik olsa da, Suriya reallıqda hər an alovlanmağa hazır münaqişə ocağı idi. Bir ölkənin ərazisindəki milli və dini münaqişə və saysız-hesabsız olan qrupların hər birinin arxasında müxtəlif dövlətlər varsa, o ölkədə partlayış olması qaçılmazdır"
“Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi Səxavət Məmməd məlumat verib.
Siyasi şərhçinin sözlərinə görə, qardaşı Basil Əsədin ölümü ilə taxtın varisinə çevrilən Bəşər Əsəd atası Hafiz Əsədin ölümü ilə prezident oldu. Ölümlərlə postunu uzun illərlə qorudu, ancaq sonda ölümlər dalğası ilə getdi:

“Bəşər Əsədi dəstəkləyən əsas iki dövlət Rusiya və İranın maraqları tamamilə dəyişib. Rusiya üçün ən önəmli faktor hazırda müharibə apardığı Ukrayna varsa, İran proksilərə pul çatdırmaqdan loru dildə ifadə etsək, boğaza yığılmışdı. İranın heç şübhəsiz ki, bir nömrəli strateji hədəfi Yaxın Şərqdə möhkəmlənmək idi. Bunun üçün İran milyardlarla vəsait xərcləmişdi. Məsələ ondadır ki, İran bu qədər xərclərin qarşılığında istəyinə nail ola bilmirdi. Əvvəl İraqda baş verən proseslər, hazırda da Suriyada baş verən proseslər onu göstərir ki, nə qədər ideoloji qruplar kimi özlərini təqdim etsələr də, əslində, bütün qrupların bir tək ideologiyası var: kim daha çox versə, onun üçün çalışacaqlar. İraq ordusunun generalları Səddam Hüseyni necə satmışdısa, Bəşər Əsədin də güvəndiyi hərbçilər onu elə satdı. Bir neçə min hərbçinin İraqa keçərək silah təhvil vermək yarışına girməsi hər şeyi ortaya qoyur. Rusiya və İrandan əlavə “Hizbullah” da əvvəlki qüdrətində deyil. Təşkilatın demək olar ki, rəhbər şəxsi qalmayıb. İsrail onların hamısını bir-bir sıradan çıxardı.
Rusiya Ukraynada müharibəyə başlayaraq hərbi bazaları boşaltdı, Afrikadakı proseslərə qoşulanda isə silahlı təşkilatlarını ora yönləndirdi. Ukraynada cəbhə xəttinin min km-dən çox olmasını nəzərə alsaq, fiziki olaraq Rusiyanın Bəşər Əsədə dəstək verməsi imkansız idi. İran isə proksilərdən canını qurtararaq gücü daxilə vermək niyyətindədir. Yəni nə Rusiya, nə də İran praktik olaraq ciddi fəaliyyətin içərisində olmadı”.
S.Məmməd qeyd edib ki, Suriya məsələsində Türkiyə böyük rola bürünmüş kimi görsənsə də, əslində, rəsmi Ankaranın da Suriyadakı işlərinin hamar olmadığını görə bilərik. Onun sözlərinə görə, prosesin sonunda kürd dövlətinin qurulma ehtimalı da son dərəcə yüksəkdir:
“İraqdakı muxtariyyət, Suriyada PKK və PYD/YPG-nin gücünü nəzərə almamaq olmur. Düzdür, bu qruplar Menbiçdən geri çəkilsələr də, əslində, böyük əraziyə nəzarət etdiklərini deməliyik. Osmanlının içərisində ermənilərin mübarizəsi sonda Türkiyə torpaqlarında olmasa da, Ermənistan dövlətinin qurulması ilə nəticələndi. Hazırkı prosesin sonunda da kürd dövlətinin yaranma ehtimalı var. Ermənistan strateji baxımdan Türkiyə üçün təhlükə sayılmır. Ən azı insan resursu buna imkan vermir. Ancaq kürdlər üçün belə bir problem yoxdur. ABŞ açıq şəkildə “Kürdüstan” layihəsinə dəstək verir. İraq və Suriyadakı neft yataqlarının böyük hissəsinə kürdlər nəzarət edir. Maliyyə problemi yoxdur, silah problemi də heç yoxdur. Yanlış bir siyasət Türkiyənin özü üçün bir problemə çevrilə bilər.
Suriyadakı prosesin ölkəyə əmin-amanlıq gətirəcəyi qətiyyən inandırıcı deyil. Dünənə qədər baş kəsən, meyitin üzərinə bir daraq gülləni buraxan qrupların birdən-birə amnistiya, dünyəvi mesajlar verməsi onları oynadanların verdiyi sifarişdən başqa bir şey deyil. Dünən bir cür, bu gün başqa cür oynadırlar. Sabah daha çox pul verən, həmin qrupları başqa istiqamətə çəkəcək. Xatırlayıram, kürdlər Menbiçi nəzarətə götürəndə xalq alqışlarla qarşılamışdı, bu gün daş-qalaq edərək yola salır, sabah eyni prosesin təkrar olacağına heç bir şübhə yoxdur.
Suriyaya demokratiya gələcək? Suriyada, Yaxın Şərqdə, ümumiyyətlə, müharibə olan ərazilərdə insan haqları, hüquqlar, ülvi dəyərlər kimsəyə maraqlı deyil. Xüsusilə Yaxın Şərqdə öldürmək istəyən də, ölmək istəyən də n qədərdir. Önəmli olan maraqlar həyata keçsin. Siyasi xəritələr dəyişməz deyə də bir anlayış yoxdur. İkinci Dünya müharibəsinin bitməsi ilə əldə edilən yeni nizam əsrin sonunda SSRİ-nin dağılması ilə yenidən dəyişdi. İndi də yenidən dəyişmək mərhələsindədir. Məsələn, Suriya ərazisinin ilk müştərisi də çıxıb. İsrail bufer zona adı altında Qolan təpələrinin bir hissəsini götürüb və çıxmayacağını da bəyan edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol