Dünyanın ən uzun və ən qısa qadını
06:56 22.11.2024
Dünya
587
İlk dəfə Londonda bir hoteldə tanış olublar
“Başımı qaldırıb dünyanın ən uzun qadınını görməkdən çox xoşbəxt oldum”
Türkiyənin Karabük bölgəsinin Safranbolu rayonunda yaşayan və 2 metr 15 santimetr boyu ilə "dünyanın ən uzun qadını" titulunu qazanmış Rumeysa Gelgi və "Dünyanın ən qısa qadını" adına sahib 62,8 santimetr boyu olan aktrisa Jyoti Amge Ginnesin Rekordlar Kitabı Günü çərçivəsində ilk dəfə bir araya gəliblər. “Sherg.az” “NTV.com.tr”tə istinadən bildirir ki, ən uca və ən qısa boylu iki qadın Böyük Britaniyanın paytaxtı Londonda bir hoteldə görüşüb. 27 yaşlı Gelgi və Amge həyat hekayələrini və təcrübələrini çay süfrəsi arxasında 5 saat ərzində bir-biriylə bölüşüblər. Kitabın 70 illik yubiley nəşrində ikili “Ginnesin Rekordlar Kitabının İkonları” kimi qiymətləndirilib. Rumeysa Gelgi, “Jyoti ilə görüşmək çox gözəl idi. Boy fərqimizə görə bəzən göz təması qurmaqda çətinlik çəkirdik, amma bu, əla idi. Bizim ortaq maraqlarımız var. İkimiz də makiyaj etməyi, şəxsi baxım etməyi və dırnaqlarımızı rəngləməyi sevirik" deyib. Jyoti isə “Mən yuxarı baxmağa və məndən uzun insanları görməyə öyrəşmişəm, lakin bu gün başımı qaldırıb dünyanın ən uzun qadınını görməkdən çox xoşbəxt oldum. Rumeysə ilə tanış olmaqdan çox məmnun oldum, o, çox mehribandır və onunla danışarkən özümü çox rahat hiss etdim”, söyləyib. "Weaver" sindromundan əziyyət çəkən Rumeysa Gelgi 2014-cü ildə "dünyanın ən uzun yaşayan gənc qızı", 2021-ci ildə "dünyanın ən uzun yaşayan qadını", "ən uzun barmaqları olan qadın", 2022-ci ildə “dünyanın ən uzun kürəkli qadını” kimi Ginnesin Rekordlar Kitabına layiq görülüb. "Axondroplaziya" adlı sümük böyüməsi pozğunluğu olan hind aktrisası Cyoti Amge "ən qısa ömür sürən aktrisa" və "ən qısa yaşayan qadın" titullarının sahibi olaraq adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm