Dünyanın gözü Türkiyədə: Supergüclər İstanbulda Ukrayna savaşını durdurmaq üçün toplanır
Yusif Nəzərli
01:52 27.02.2025
Dünya
340
Masanın İstanbulda qurulması Kiyevi Türkiyənin dəstəyi - ədalətli mövqeyinə görə danışıqlara gəlməyə sövq edə bilər
Rusiya Federasiyası və ABŞ fevralın 27-də İstanbulda iki ölkənin səfirliklərinin işini müzakirə etmək üçün görüş keçirəcək. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib. Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin məsələlərini müzakirə etməkdir. Bu danışıqlar Rusiya və ABŞ arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ər-Riyadda əldə edilən razılaşmalar mərhələli şəkildə həyata keçirilir. Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya-ABŞ danışıqları sürpriz olub, bunu mətbuatdan öyrəniblər.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, ABŞ və Rusiyanın növbəti görüş yeri kimi İstanbulu seçməsini iki kontekstdə dəyərləndirmək olar. Ekspertin fikrincə, əsas məqam Ukrayna münaqişəsinin həllində, ümumilikdə geosiyasi müstəvidəki razılaşmalarında Türkiyə faktorunun nəzərə alınmasıdır:
"Həm Vaşinqtonda, həm Moskvada anlayırlar ki, Türkiyənin prosesdən kənarda qalması əldə etmək istədikləri perspektivlərdə problemlər yarada bilər. Ukraynanın Türkiyənin dəstəyi ilə ABŞ-Rusiya razılaşmasını qəbul etməmək imkanları genişlənər. Ankaranın danışıqlar platforması kimi Vaşinqton, yaxud Moskva tərəfindən yox, məhz Kiyev tərəfindən irəli sürülməsi masada Ukraynanın mövqeyini gücləndirə bilər. Geosiyasi müstəvidə mövqeyi nəzərə alınmayan Türkiyə NATO-da Avropa ilə birlikdə ABŞ-yə ciddi müqavimət cəbhəsinin qurulmasına zəmin yarada bilər. Qara dənizdən Yaxın Şərqə qədər uzanan coğrafiyada Türkiyəsiz ABŞ-Rusiya razılaşmalarının praktiki müstəvidə reallaşması çətindir. İstanbulun danışıqlarda platforma kimi seçilməsi Ankaranın Vaşinqton-Moskva xəttindəki danışıqlar prosesinə daxil edilməsi, perspektiv addımlarda Türkiyənin dəstəyinin alınmasına hesablanıb".
Analitikə görə, Ukrayna danışıqlarında İstanbul razılaşmaları layihəsinin baza kimi qəbul edilməsidir:
"Müharibənin ilk ilində baş tutan İstanbul danışıqlarında Rusiyanın şərtlərinin qəbul edilməsi ön planda idi. Daha sonra daim İstanbul razılaşmalarına istinad edən Kreml danışıqlar masasının Türkiyədə qurulmasında 2022-ci ildəki üstün mövqeyini təmin etmək baxımından maraqlıdır. Moskvanın mövqelərini nəzərə alan Vaşinqton da bunu qəbul edir. Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff də bildirib ki, “2022-ci ilin əvvəlində Rusiya və Ukraynanın bağlaya biləcəyi İstanbul razılaşmaları layihəsi Ukrayna münaqişəsinin nizamlanması üçün əsas kimi götürülə bilər”. Burada ən önəmli məqamlardan biri Ukrayna ilə bağlıdır: masanın İstanbulda qurulması Kiyevi Türkiyənin dəstəyi-ədalətli mövqeyinə görə danışıqlara gəlməyə sövq edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region