
Ekspert: Aİ-nin yaxın gələcəkdə Ukraynaya sülhməramlı göndərməsi real görünmür
12:20 24.02.2025
Dünya
352
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüseldə jurnalistlərə açıqlamasında bildirib ki, birincisi, sülh olmalıdır və Putin hələ kisülh istəmir.
Kallas qeyd edib ki, bizim Ukraynada sülhməramlı missiyamız ola bilməz. Lakin, Ukraynaya veriləcək təhlükəsizlik təminatları barədə müzakirələr davam edir.
Hərbi ekspert Emil Həsənli “Sherg.az”a söyləyib ki, Zelenski də Mixail Saakaşvilinin səhvlərini təkrar etdi:

“Gürcüstan da vaxtilə Amerikaya arxayın olaraq öz ərazisində əməliyyatlar keçirdi və nəticə etibarilə Rusiya Tiflisə qədər gəlib çıxmışdı. Gürcüstanın 2008-ci ildəki səhvini Zelenskinin yenidən təkrarlaması təəssüf hissi doğurur. Zelenski Amerika və Avropa liderlərinə arxayın olaraq Rusiya ilə müharibəyə başladı. Amma zaman və Donald Trampın açıqlamaları göstərir ki, Amerika Ukraynanın arxasında durmur. Elə Bayden zamanında da Amerika kifayər qədər Ukraynaya dəstək göstərmədi və yardımlar 6 ay geçikdirildi. Sadəcə olaraq kiçik özünü müdafiə silahları verildi. Amerika Ukraynaya lazımi raketləri göndərmədi və dəstəyi ləngitdi. Bu göstərir ki, hansısa ölkənin başqalarına arxalanaraq savaşa başlaması bəşər tarixində faciələrlə nəticələnib. Artıq 10 milyona yaxın Ukrayna vətəndaşı ölkəni tərk edib, yüzminlərlə şəxs dünyasını dəyişib və xeyli insan yaralanıb. Hazırda Amerika Ukraynanaya yardımları dayandırır, Avropa Birliyi isə bununla bağlı müzakirələr aparır. İngiltərə, Fransa və Almaniya isə Ukraynaya yardımı davam etdirmək niyyətindədir. Ancaq Fevralın sonunda Səudiyyə Ərəbistanındakı Tramp-Putin danışıqlarından və son görüşmələrdən sonra hər şey bəlli olacaq. Bunların heç birinin isə Ukraynaya xeyri yoxdur. Avropa İttifaqının Ukraynaya sülhməramlı göndərməsi yaxın gələcəkdə real görünmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran və Rusiya birgə hərbi təlimlər keçirəcəklər
21:42 18.02.2026
Dünya
Amerika İsrail İctimai Əlaqələr Komitəsi ilə mühüm görüş olub
21:19 18.02.2026
Gündəm
Cenevrə danışıqları hələlik tarixi dönüş nöqtəsi deyil - ŞƏRH
20:59 18.02.2026
Gündəm
ADSEA: Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edilməyib
20:37 18.02.2026
Sosial
Messi geri döndü
20:25 18.02.2026
Futbol
KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır
20:08 18.02.2026
Gündəm
Rubio Raul Kastronun nəvəsi ilə gizli danışıqlar aparır
19:58 18.02.2026
Gündəm
Gürcüstan DTX-da dindirilən keçmiş nazir ölkəni tərk edib
19:46 18.02.2026
Gündəm
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm