Əlcəzair Fransadan müstəmləkə dövrünə görə təzminat tələb edir
Yusif Nəzərli
17:51 31.01.2025
Dünya
398
Əlcəzair Parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinin spikeri İbrahim Buğali ölkəsində Fransa müstəmləkəçiliyini cinayət sayan qanun layihəsinin qəbul edilməsinin vaxtının çatdığını bildirib.
AZƏRTAC Əlcəzair mediasına istinadla xəbər verir ki, Buğali ölkəsinin son vaxtlar nüfuzuna və imicinə zərər vurmağa yönəlmiş davamlı hücumlara məruz qaldığını və buna cavab olaraq müstəmləkəçiliyin kriminallaşdırılması barədə qanun layihəsini yenidən müzakirəyə təqdim etməyin vaxtının çatdığını bildirib.
“Biz müdafiə mövqeyində qalmamalıyıq. Artıq hücum etmək vaxtıdır. Əlimizdə Əlcəzairin imicini müdafiə etmək üçün bütün sənədlər və dəlillər var. Dünənki düşmən elə hesab edir ki, Əlcəzair hələ də müstəmləkədir. Onlar bərabərliyə əsaslanan siyasətə dözmürlər, Əlcəzairin iqtisadiyyat, siyasət və digər sahələrdə nailiyyətlərini qəbul etmirlər. Onların iqtisadiyyatımızda, ticarətdə payları azalıb, buna dözə bilmirlər”, - deyə Buğali bildirib.
Parlamentin iki böyük partiyası fevral ayında qanun layihəsinin müzakirəyə çıxarılmasına razılıq verib.
Qeyd edilməlidir ki, qanun layihəsinin mətni Fransada 2005-ci ildə qəbul edilmiş və bu ölkənin müstəmləkələrdə rolunu müsbət dəyərləndirən qanuna cavab olaraq hazırlanıb. 2008-ci ildə Əlcəzair parlamentində bir neçə deputat onu müzakirəyə çıxarmağa təşəbbüs göstərsə də, keçmiş hakimiyyətin müəyyən siyasi baxışlarına görə bu, reallaşmayıb.
Əlcəzair parlamentində müzakirəyə çıxarılacaq qanun layihəsində Fransanın Əlcəzairdə 132 illik müstəmləkəçiliyi pislənir, qarşı tərəfin üzr istəməsi və vurduğu bütün zərərlərə görə təzminat ödəməsi tələb edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region
Aİ "Google"u 890 milyon avro cərimələyib
14:40 23.07.2026
Gündəm