Əsədə belə dəstək verə bilərik... - Korotçenko
14:36 29.11.2024
Dünya
412
Rusiyanın Suriyadakı Xmeymim və Tartus bazalarında təhdidlər fonunda lazımi təhlükəsizlik tədbirləri görülüb.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
“Müxalifətin fəallaşmasına gəlincə, təəssüf ki, bu terror təhlükəsi həmişə yaxındır. Güman edirik ki, əvvəldən lazımi təhlükəsizlik tədbirləri görülüb. İlk növbədə, eskalasiya açıq şəkildə ABŞ-ın Rusiyaya və onun regiondakı maraqlarına təzyiq etmək üçün əlavə gərginlik nöqtəsi yaratmaq cəhdləri ilə bağlıdır. ABŞ Prezidenti Baydenin hakimiyyətdən gedən administrasiyasının Ukraynadakı münaqişəni gərginləşdirmək, eyni zamanda dünyanın başqa yerlərində Rusiyanın maraqlarına gərginlik nöqtələri yaratmaq üçün sinxronlaşdırılmış səylərini görürük. Suriya silahlı müxalifətinin hərəkətlərinin intensivləşməsi həm də ABŞ kəşfiyyat xidmətlərinin onu koordinasiya etmək və lazımi vaxtda aktivləşdirmək imkanı ilə bağlıdır. Bu şəraitdə qanunsuz silahlı qruplaşmalara qarşı mübarizənin əsas yükünü Prezident Əsədin Suriya hökumət ordusu çəkməlidir. İmkanlarımıza gəlincə, lazım gələrsə, təbii ki, Xmeymim aviabazasındakı potensialımızdan və orada Rusiya aerokosmik qüvvələrinin aviasiya qrupundan istifadə edərək, yüksək dəqiqlikli hava zərbələri endirməklə müvafiq dəstək verə bilərik”, - o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya