Fransa: Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını gözləyirik

Fransa sentyabrın sonlarında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclas keçirməsini gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Jerome Bonnafont ölkəsinin Təhlükəsizlik Şurasına sədrliyi təhvil alması münasibətilə keçirilən mətbuat konfransında məlumat verib.

"Biz, təbii ki, Ukrayna ilə bağlı iclasın keçirilməsini gözləyirik", - deyə qeyd edib.