Fransa və Ermənistanın BMT TŞ-də növbəti uğursuzluğu - "Şou" baş tutmadı
10:42 22.09.2023
Dünya
411
Fransa və Ermənistanın növbəti dəfə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı təxribat cəhdi baş tutmadı, onların “blokada şousu” böyük bir məğlubiyyətə düçar oldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Fransa da, Ermənistan da düşünürdülər ki, Azərbaycana qarşı nəyəsə nail ola bilərlər, ancaq Azərbaycan onlara öz yerini göstərdi.
“Fransa da, Ermənistan da anlamalıdır ki, onlar Azərbaycana qarşı heç nəyə nail ola bilməyəcəklər, yenə də Azərbaycan sona qədər öz mövqeyini qoruyacaq. Həm də nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Yaxşı olardı ki, Fransa da, Ermənistan da baş verənlərdən nəticə çıxarsınlar, anlasınlar ki, artıq onların edə biləcəyi heç nə yoxdur”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının iclasda Fransa yenidən qondarma “blokada” mövzusunu gündəmə gətirib. Lakin bu cəhdlərin heç biri uğurlu alınmayıb. İclasda aparılan müzakirələr göstərib ki, Ermənistanın qaldırdığı məsələlər Təhlükəsizlik Şurasının formatına uyğun gəlmir, orada yersizdir. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında çoxsaylı telefon danışıqları heç bir şəkildə vəziyyətin gedişatını dəyişməyib.
Bu ilin avqustunda Ermənistan Qarabağın erməni sakinlərinin guya “blokadaya alınması” məsələsinə BMT-nin iclasında baxılmasına cəhd etmişdi. Bundan əlavə, 2022-ci ilin dekabrında Fransa “Laçın dəhlizi” adlandırılan məsələni gündəmə gətirməyə cəhd etmişdi, lakin uğursuzluğa düçar olmuşdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm