
Gerasimov-Braun danışıqlarına daha bir “gizli qat” əlavə edilir -AÇIQLAMA
Yusif Nəzərli
07:28 06.12.2024
Dünya
416
İki "mehriban düşmən"in telefon danışıqları
Rusiya və ABŞ baş qərargah rəislərinin telefon danışığına dair Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Çarlz Braun arasında telefon danışığı olub.
Rəsmi məlumata əsasən, generallar Rusiya Hərbi Dəniz Qüvvələri ilə Hərbi Kosmik Qüvvələrinin Aralıq dənizindəki təlimlərini müzakirə ediblər, lakin açıqlanmayan hissələrdə başqa məqamlar da yer alır.
Bu barədə “Sherg.az”a danışan siyasi təhlilçi Aqşin Kərimov deyib ki, ABŞ ilə Rusiyanın ali hərbi qurumlar vasitəsilə diplomatiyası tərəflər arasında konfliktlərə son qoymağa yönəlmiş xüsusi təklifləri özündə ehtiva edə bilər:

“Gerasimovla Braunun müzakirələri Rusiya ilə ABŞ-nin Yaxın Şərqdən tutmuş Ukrayna poliqonuna qədər uzanan münaqişələrin potensial olaraq məhdudlaşdırılmasını əks etdirir. Bu təkliflərə Donald Trampın növbəti prezidentliyi dövründə ABŞ-Rusiya əlaqələrində əsas fiqurların, o cümlədən Trampla Vladimir Putinin görüş planları ilə əlaqədar ümumi planlar da daxildir. Zəngin Rusiya tərəfindən edildiyi məlumatından yola çıxaraq demək mümkündür ki, Gerasimov Trampın administrasiyası dövründə ABŞ-nin hərbi planları barədə nəbz yoxlayıb. Ukrayna hakimiyyətindən 2022-ci ilin 23 fevral sərhədlərinə qayıdış fonunda Rusiya ilə danışıqların mümkünlüyünə işarələrin işığında Gerasimov-Braun danışıqlarına daha bir “gizli qat” əlavə edilir”.
Siyasi təhlilçinin sözlərinə görə, Gerasimovla Braunun telefon danışıqları həm də Rusiyanın Suriyadakı hadisələr fonunda Aralıq dənizində mövqelərini əldən verməmək üçün bütün vasitələrdən istifadə edəcəyinə dair işartılardır:
“Danışıqlar ABŞ-nin da mövcud və onun da fövqünə çıxa biləcək potensial maraqlarının çərçivələrini işıqlandırır. Bu, Rusiya ilə ABŞ-nin həm potensial qarşılıqlı güzəştlərinin ölçülərini, həm də mübarizəyə davam edəcəyinin hədlərini müəyyənləşdirir. Rusiyanın Ukraynaya qarşı müharibədə kompleks çağırışları intensiv olaraq yeni növ raketlərin sınaqdan çıxarılması ehtimalını yüksəldir. Yəqin ki, Gerasimov bu barədə də həmkarını məlumatlandırıb və ümumiyyətlə, ABŞ ilə Rusiyanın dərin eskalasiyaya girməməsi üçün kəşfiyyat məlumatlarını mübadilə proqramının hazırlanması təklif edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm