ABŞ-ın “Google” şirkəti Rusiyada 8 əmtəə nişanının qeydiyyata alınması üçün “Rospatent”ə müraciət edib.
Sherg.az xəbər verir ki, müraciətlərə Gmail, Google Meet, Google Keep, Google Drive, Google Forms, Google Chat, Google Cloud və Magic Pointer daxildir.
Əmtəə nişanlarının hüquqi qorunması şirkətə Rusiyada elektron poçt, bulud xidmətləri, videobağlantı, məlumatların saxlanması və digər rəqəmsal xidmətlərdən istifadə imkanı verə bilər.
Qeyd edək ki, “Google” 2022-ci ildən Rusiyada rəsmi fəaliyyət göstərmir. Şirkətin Rusiyadakı strukturu 2023-cü ildə müflis elan edilib.