
Hasan Oktay: Türkiyənin Suriyada saxladığı hərbi qüvvələr yeni hökumətlə bağlanacaq və ...
12:44 03.02.2025
Dünya
433
Türkiyə Suriyada iki hərbi baza tikə, orada F-16 qırıcıları yerləşdirə bilər. Bu barədə “Türkiyə” qəzeti ərəb mənbələrinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunub ki, Ərəb mənbələri iddia edir ki, Türkiyə və Suriya ortaq müdafiə sazişi imzalayacaq. Yaxın vaxtlarda imzalanması gözlənilən sazişə əsasən, Dəməşq qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Ankara Suriyaya yardım edəcək. Razılaşmada həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusuna və onun pilotlarına təlim keçməsi, Türkiyənin Suriyada iki hərbi baza qurması da nəzərdə tutulur.
Türkiyə ölkənin suverenliyinə qarşı yönələ biləcək hər hansı hücumun qarşısını almaq üçün bu bazalarda 50 ədəd F-16 döyüş təyyarəsi yerləşdirəcək. Nəşr bildirib ki, Suriyanın yeni administrasiyası İsraillə sərhədə nəzarət etmək üçün Türkiyədən PUA, radarlar və radioelektron mübarizə vasitələri istəyib. Qəzetin Suriya Müdafiə Nazirliyindəki mənbəyə istinadla verdiyi məlumata görə, PUA-ların ilkin tədarükü yaxın günlərdə baş tutacaq.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a vurğulayıb ki, Suriyanın yeni prezidenti Əhməd əl-Şaraa, Səudiyyə Ərəbistanına ilk rəsmi səfərini başa vurduqdan sonra Ankaraya gələcək:

“Onun Türkiyəyə səfəri zamanı müzakirə ediləcək mövzular çox olsa da, əsas gündəm məsələsi Hələb-Ankara hərbi əməkdaşlığı, hava bazası və PUA məsələsidir. Razılaşma olarsa, Türkiyənin təhlükəsizlik səbəbilə Suriyada saxladığı hərbi qüvvələr yeni hökumətlə bağlanacaq və əməkdaşlıq sazişləri çərçivəsində hüquqi status qazanacaq. Hazırda Suriyada İsrailin hərbi varlığı gündəmə gətirilir, xüsusilə də Rusiya və İran mənbələri Suriyadan xarici qoşunların çıxmasını tələb edən fikirlər yayırlar. Bu cür çağırışların qarşısını almaq və Türkiyənin Suriyadakı qısa, orta və uzunmüddətli mövcudluğunu beynəlxalq hüquq çərçivəsində əsaslandırmaq üçün Suriya prezidenti Türkiyə səfəri zamanı bir sıra ikitərəfli sazişlər imzalayacaq. Bu addımlar həm Suriyanın mövcud quruluşunun daha sağlam bir zəminə oturmasına, həm də Türkiyə-Suriya münasibətlərinin gələcəyi baxımından son dərəcə vacib faktordur. Suriya prezidenti verdiyi açıqlamalarda xüsusilə İsrailə qarşı Türkiyəni müttəfiq olaraq yanında görmək istədiyini bildirib. Bunun yolu isə hazırda Suriyada yerləşən Türk hərbi qüvvələrinin mövqeyini gücləndirmək və yeni bir hava hücumundan müdafiə sistemi haqqında saziş imzalamaqdan keçir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm