İran parlamenti məktəblərdə ana dilində ədəbiyyatın tədrisinə qarşı çıxıb
13:11 26.02.2025
Dünya
290
İran parlamentinin (İran İslam Şurası) nümayəndələri bu gün keçirilən açıq iclasda “ölkə məktəblərində yerli və etnik dillərdə ədəbiyyatın tədrisi” layihəsinə qarşı çıxıblar.
APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, İran İslam Şurasının deputatları parlamentin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının ölkə məktəblərində etnik və yerli dillərdə ədəbiyyatın tədrisi planı ilə bağlı ümumi hesabatı ilə razılaşmayıblar.
Məlumata görə, parlamentdə iştirak edən 246 nümayəndədən 130-u İran məktəblərində həftədə iki saat ana dildə ədəbiyyatın tədrisi layihəsinin əleyhinə, 104-ü lehinə səs verib. 5 deputat isə bitərəf qalıb.
Vurğulanıb ki, parlamentin layihəyə qarşı çıxan nümayəndələrdən biri Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Mehdi Şəhriyari məktəblərdə ana dilində ədəbiyyatın tədrisini İranın “ərazi bütövlüyü” ilə ziddiyyət təşkil edən bir iş kimi qiymətləndirib.
Qeyd edək ki, İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinə görə fars dili ilə yanaşı, yerli və etnik dillərin mətbuatda və kütləvi informasiya vasitələrində istifadəsi və onların ədəbiyyatının məktəblərdə tədrisi azaddır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region