İrandan hədə: Artıq Vaşinqton və Nyu-Yorku vurmalıyıq

“ABŞ ərazisini hədəfə ala biləcək silah və texnologiyalara sahib olmalı və onları nümayiş etdirməliyik. Əslində, qitələrarası uzaqmənzilli raketlərimizi artıq üzə çıxarmalı, amerikalıların Vaşinqton və Nyu-Yorkdakı hərbi bazalarını hədəfə almalıyıq”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əmir Həyat-Müqəddəm deyib.

“ABŞ-nin hegemonluğuna qarşı mübarizə aparmaq və bu ölkəni regiondan çıxmağa məcbur etmək üçün fundamental və strateji proqram hazırlamalı, İranın müdafiə və çəkindirmə imkanlarından daha səmərəli istifadə etməliyik. Amerikalılar öz davranışlarından dərs çıxarmırlar.

Buna görə də elə hərəkət etməliyik ki, düşmən ölkəmizin ərazisinə qarşı təcavüz və müdaxiləni təkrarladığına görə peşman olsun”, - deputat bildirib.