
"İranın dünya üçün baş ağrısına çevrilib" - Rejimin sonu yaxınlaşır!
Yusif Nəzərli
13:36 30.01.2023
Dünya
581
“Digər tərəfdən regionda yeni münaqişə ocaqlarının yaranmasında bir çox qlobal şəbəkələr maraqlıdırlar”
“Ona görə də bir az ehtiyatlı olmaq lazımdır. Bu prosesin içinə Azərbaycanı da süni şəkildə daxil etmək istəyən güclər var”
“Onlar ən azından İran, Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaq istəyirlər”
“İsrail dronlarının İranı vurması ilə bağlı hələlik təsdiqlənmiş məlumat yoxdur”.
Bu barədə “Sherg.az”a politoloq Natiq Miri bildirib. O qeyd edib ki, müxtəlif informasiya agentlikləri İsrail dronlarının İranın hərbi obyektlərini vurması ilə bağlı müxtəlif məlumatlar verir:

“Amma maraqlı orasıdır ki, rəsmi Tehran hələ də birmənalı olaraq Təl-Əvivin onun hərbi obyektlərini vurduğunu təsdiqləmir. Bəlkə də, İsrail prosesdə birbaşa iştirak etmir. Ayrıca bu məsələ təkcə İsraillə də məhdudlaşmır. Çünki dünən İraq-Suriya sərhəddində İranın silah daşıyan 25 tır karvanı tamamilə məhv edilib. Bunun isə ABŞ-ın Suriyada rəhbərlik etdiyi koalisiyanın işi olduğu ehtimal edilir. Burada sual yaranır ki, İsrail həqiqətən də İranın hərbi obyektlərini vurmaq istəyirsə, niyə nüvə obyektlərini hədəfə almayıb? Axı israilə SEPAH-ın mərkəzlərinin vurulmasından çox nüvə obyektlərini məhv etmək istəyir. Lakin dünənki dron hücumunda nüvə obyektləri müşahidə olunmur".
Analitik qeyd edib ki, baş verən hadisələr İranın beynəlxalq güclər və dünya üçün baş ağrısına çevrildiyi deməkdir:
"Biz artıq anti-İran prosesinin başladığını iddia edə bilərik. Bu prosesin başlamasına isə İsraildəki Sinaqoqa və Tehrandakı Azərbaycan səfirliyinə olunan hücumun oxşarlığı səbəb oldu. Hər iki hadisədə terrorçular avtomat silahdan istifadə edərək kütləvi qırğın həyata keçirməyi planlaşdırırdı. Lakin bu Azərbaycan səfirliyində alınmadı. Düşünürəm ki, hədəf böyük idi və bizə göz dağı vermək üçün böyük itkilər planlanmışdı. Ancaq bu itkilər İsraildə baş verdi. Bu isə qlobal güclər üçün daşırıcı nöqtə oldu. Artıq müəyyən səviyyələrdə İran üçün məhdudlaşdırıcı addımların atılacağını düşünürəm".
Ekspertin sözlərinə görə, özünü hərbi cəhətdən ən güclü ölkə sayan İranın hücumların qarşısında səssiz qalması da çox maraqlıdır:
"Yəni buna adekvat cavab verməli di, amma biz bunu görmürük. Məncə bu Tehranın anti-İran prosesinin ciddi olduğunu anladığından irəli gəlir. Əgər Cənub qonşumuz yenə də boyunu aşacaq addımlar atmağa davam edərsə, molla rejiminin sonu yaxınlaşa bilər.
Digər tərəfdən regionda yeni münaqişə ocaqlarının yaranmasında bir çox qlobal şəbəkələr maraqlıdırlar. Ona görə də bir az ehtiyatlı olmaq lazımdır. Bu prosesin içinə Azərbaycanı da süni şəkildə daxil etmək istəyən güclər var. Onlar ən azından İran, Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaq istəyirlər.
Bu zəifləyən tərəflərin daha yaxşı idarə etməyin mümkün olmasına hesablanıb. Rəsmi Bakı ehtiyatlı olmalı və baş verən proseslərə həssaslıqla yanaşmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks