
“İslamofobiya Fransada artıq ənənə halını alıb” - Hikmət Babaoğlu
06:21 12.03.2024
Dünya
492
Hikmət Babaoğlu: “Bu, hər şeydən öncə Fransada son dövrlərdə formalaşan ümumi ictimai rəylə bağlıdır”
Fransada Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallığın ardınca daha bir vəhşilik baş verib. Bu dəfə fransızlar La Roş-syur-Yon şəhərində yəhudi-fransız əsilli siyasətçi və yazıçı Simon Veylin abidəsini başqa formada təhqir ediblər. Vandallar abidənin yanına qırmızı boya töküblər, körpə gəlinciklər atıblar. Qeyd edək ki, Simon Veyl həm də Fransanın keçmiş həmrəylik və səhiyyə naziri olub. Xatırladaq ki, yanvar ayında Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli vandalların hücumuna məruz qalmışdı. Heykəlin üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb). Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda deyib ki, Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandallıq aktı Azərbaycan əleyhinə yürüdülən siyasətin nəticəsidir. O xatırladıb ki, Natəvan xeyriyyəçi qadın, şairə olub: "Bu baxımdan Fransada onun heykəlinə qarşı vandalizm aktının törədilməsinə biganə yanaşmaq olmaz. Çünki Azərbaycan hökuməti də Fransanın bu istiqamətdə heç bir addım atmadığını görür. Ona görə də nəticədə abidəni səfirliyimizin ərazisinə köçürdük. Bu vandallıq aktı Fransa hökumətinin siyasətinin nəticəsidir. Bununla bağlı heç bir üzr də istənilmədi. Bu, çox təəssüf doğuran hadisədir. Bu, bir işarə olmalı, bizi birgə fəaliyyətə sövq etməlidir”. F.Şəfiyev bildirib ki, qlobal media Qərb mediası tərəfindən tənzimlənir: "Azərbaycan ayrı-seçkiliyə qarşı tədbirlər keçirəndə həmişə həmin mediaların tənqidinə tuş gəlir. Xüsusilə son bir-iki ildə bu tendensiya mövcuddur. COP29, Ermənistanla münasibətlərlə bağlı da tənqidi fikirlər səsləndirildi. İslamofobiya məsələsində də medianın təsirləri mövcuddur. Çünki çox vaxt birtərəfli yanaşma müşahidə olunur. Dünyadakı geosiyasi problemlərdə də islamofobiyanın təzahürləri özünü göstərir”.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a bildirib ki, Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandallıq aktından sonra yəhudi əsilli fransız siyasətçinin heykəlinə qarşı törədilən barbarlıq onun göstəricisidir ki, ksenofobiya, islamofobiya Fransada artıq ənənə halını alıb. Deputatın sözlərinə görə, bu, hər şeydən öncə Fransada son dövrlərdə formalaşan ümumi ictimai rəylə bağlıdır:

"Çox təəssüf ki, belə neqativ rəyin kütləviləşməsində Fransa siyasətçiləri başda E.Makron olmaqla çox böyük rol oynayıblar. Makron bu gün Fransa kimi köklü dövləti beynəlxalq münasibətlər sistemində avantürist bir dövlətə çevirib. Onun siyasi bəyanatları, Ukraynaya ordu yeritməklə bağlı fikirləri, bəzən beynəlxalq təşkilatların, məsələn, NATO kimi ciddi bir siyasi-hərbi təşkilatın adından bəyanat verməsi Avropada artıq siyasi avantüra kimi qiymətləndirilir. Makronun davranışları Fransada ümumi ictimai rəyə təsir göstərir və ictimai rəyi aqressivləşdirir. Mədəniyyət yaradan xalqlar mədəniyyətin nə olduğunu bildikləri üçün digər xalqların yaratdığı mədəniyyətə xor baxmırlar. Bu gün hər hansı bir mədəniyyət xadiminin hədəfə alınması, hər hansı bir siyasətçinin hədəfə alınması, şübhəsiz ki, nəticə etibarilə universal dəyərlərin hədəfə alınmasıdır. Ona görə ki, sadəcə bu nümunələr qeyri-fransız olduğuna görə hədəfə gətirilir. Bax bu, ksenefobiyadır. Xurşidbanu Natəvan azərbaycanlı olduğuna görə, Simon Vel yəhudi əsilli olduğuna görə bir toplumun ictimai qəzəbinə tuş gəlirsə, bu artıq dünyagörüşü məsələsidir. Halbuki hər iki şəxs Fransa ilə aid olduqları toplumun əlaqələrinin güclənməsinə xidmət göstəriblər, əməkdaşlığın artmasına səbəb olublar. Əlbəttə, bu cür yanaşmalarla nə ölkə daxilində ictimai mühiti sağlamlaşdırmaq olar, nə də dövlətlərarası münasibətləri inkişaf etdirmək mümkündür. Fransa bu barədə düşünməlidir. Fransa əhalisinin az qala üçdə biri təqribən müsəlmanlardan ibarətdir. Yəni bu gün Fransada 19 milyondan çox müsəlman yaşayır. Belə olan halda mütləq dini tolerantlıq kimi multikulturalizm kimi dəyərlər önə çıxmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol