İsrail quru əməliyyatını niyə reallaşdırmadı?- Gizlinlər açıqlandı
Banuçiçək Kalbalıyeva
08:27 31.05.2021
Dünya
655
“İsrail və Həmas arasında bu günlərdə Misirin vasitəçiliyi ilə atəşkəs əldə edildi. Hər iki tərəfin bu atəşkəsə ehtiyacı var idi. Demək olar ki, hər iki tərəf raket atışları ilə yalnız daxili siyasətdə öz mövqelərini gücləndirməyə çalışırdı. İsrail baş naziri Netanyahuya növbədənkənar seçkilərdə qələbə əldə etmək və korrupsiya iddihamlarından yayınmaq üçün bu kimi hərbi əməliyyat lazım idi. Qəzza zolağında Həmas da beynəlxalq yardımlar və mövqelərini möhkəmləndirməkdən ötrü bu kimi hücumda maraqlı idi”.
Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O, “Sherg.az” a açıqlamasında İsrailin planından danışdı:
“İsrail siyasi-hərbi kabinetinin Həması “bitirmək” planı yoxdur. Müharibənin gedişində Qəzza zolağında quru əməliyyat hazırlanmışdı. İki səbəbə görə bunu reallaşdıra bilmədi.
Birinci, Həmasla üzbəüz döyüşdə canlı qüvvə itkisinə məruz qalacaqdı. Və həlledici qələbə qazana bilməyəcəkdi. Bu da Netanyahunun reytinqinə mənfi təsir edəcəkdi.
İkinci, Qəzza zolağında əhalin sıx məskunlaşdığına görə mülki insanlar hədəf olacaqdı. Beləliklə, İsrailə qarşı beynəlxalq təzyiqə yol açılacaqdı. Üçüncü, dediyim kimi, Həması məhv etmək İsrailin planında yoxdur.
Çünki daxili siyasi proseslərə nəzarət etmək üçün Həmas düşmən kimi əllərində vasitədir. On gün davam edən bu müharibədə hər iki tərəf qələbə qazanmadı və yalnız nisbətən daxili siyasətdə reytinqlərini qorumağa çalışdılar. Həmçinin Netanyahu Knessetidə Ərəb partiyasının digər yəhudi partiyası ilə ittifaqına mane oldu”.
M.Əsədullazadənin fikrincə, indiki durum rəsmi Bakı üçün arzuolunandır:
“İsraildə Netanyahunun növbəti seçkilərdə qalib gəlməsi mümkün görünmür. Çünki yerli əhali Həmasın tam məhv edilməsində maraqldıdır. Göründüyü kimi, Həmasın əlində 10 min raket qalmaqla İsraili təhdid edəcək.
Həmasın liderləri İsmayil Haniyə və Xaliq Maşal öz oyunlarını oynayaraq təşkilatın inkişaf etirilməsində maraqlıdır.
Bir sözlə, atəşkəslə əldə olunan və növbəti mərhələyə saxlanılan İsrail-Həmas qarşıdurması hər iki tərəfdə siyasətçilərin maraqlarına xidmət edir. Hazırda İsrail Ərəb ölkələri ilə sıx siyasi əməkdaşlığı davam etdirir, sülh müqavilələri bağlayır. Regionda proseslər öz axarı ilə davam edir. Ona görə də Azərbaycan İsraillə əməkdaşlığı daha da inkişaf etdirməli və Təl-Əvivdə səfirliyini açmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm