İsrailin İrana hücum planını təbrizli deşifrə edib
İsrailin İrana hücum planını təbrizli deşifrə edib
10:50 23.10.2024
Dünya
277
İsrailin İranın raket hücumuna cavab zərbəsi planını ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı, İran əslli ABŞ vətəndaşı Arin Təbatəbai ifşa edib.
Axar.az xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.
“ABŞ kəşfiyyat orqanları Pentaqonun yüksək rütbəli əməkdaşı Arin Təbatəbainin gizli planı ifşa etdiyini və bu barədə məlumatları Tehrandakı mənbələrə sızdırdığını ehtimal edir. Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.
Qeyd edilib ki, Arin Təbatəbainin tutduğu vəzifə yüksək səviyyədə məxfi məlumatlara çıxış imkanı verir.
Təbatəbai isə "Faks Nyus"a açıqlamasında barəsində irəli sürülən ittihamları rədd edib.
Qeyd edək ki, Arin Təbatəbai təbrizli universitet müəllimi, panfarsizm nəzəriyyəsinin təbliğatçılarından olan Cavad Təbatəbainin qızıdır.
A.Təbatəbai 2021-ci ilin yanvarında Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ-ın İranla nüvə danışıqları aparan komandasının da üzvü olub. 2021-2022-ci illər arasında Tabatəbai ABŞ-ın İranla bağlı məsələlər üzrə xüsusi nümayəndəsi Robert Malinin müşaviri vəzifəsini daşıyıb. O, İranla anlaşmaq üçün səy göstərib.
Qeyd edək ki, ABŞ İsrailin İrana qarşı cavab tədbirləri planlarına dair məxfi kəşfiyyat məlumatlarının sızmasını araşdırdığını elan etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat