Kallas: Ukrayna təslim olmamalıdır

“Avropa İttifaqı (Aİ) ABŞ-nin sülh planına qəbul etdirmək üçün Ukraynaya təzyiq etmək cəhdlərindən narahatdır”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas deyib.

Aİ rəsmisinin sözlərinə görə, Brüssel Vaşinqtonin Kiyevə “zəif tərəf” kimi təzyiq ediləcəyindən ehtiyat edir.

“Çünki bu, müharibəni dayandırmağın ən asan yoludur”, - Kallas əlavə edib.

Aİ-nin baş diplomatı vurğulayıb ki, Ukraynanın təslim olması heç kimin maraqlarına uyğun gəlmir. O hesab edir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya gözlənilən səfəri danışıqlar prosesində əsas rol oynaya bilər.