Keçmiş müstəmləkələr Fransa taxılından imtina edir
Yusif Nəzərli
00:49 02.02.2025
Dünya
354
2024-2025-ci il Fransa taxılçıları üçün əlverişli hesab edilmir.
AZƏRTAC “Zone Bourse” saytına istinadla xəbər verir ki, dünyanın 6-cı taxıl istehsalçısı olan Fransanın ixracatı kəskin azalıb. Mövsüm sonunadək ölkənin cəmi 3,5 milyon ton taxıl ixrac etməsi gözlənilir. Bu da 1980-ci ildən sonra ən aşağı göstəricidir. İxracın pisləşməsinə səbəb yağışlar nəticəsində keyfiyyətin və həcmin aşağı düşməsidir. Digər tərəfdən, Afrika ölkələri də getdikcə Fransa taxılından üz döndərir. Fransız taxılının əsas müştərisi olan Əlcəzair bir müddət əvvəl başqa təchizatçı tapıb. Bu günlərdə Mərakeş də artıq Fransa taxılından imtina edib.
Hər 2 ölkə imtinaya səbəb kimi Fransada yetərli həcmdə taxıl olmadığını və təqdim edilən məhsulun keyfiyyətsizliyini əsas gətirir. Lakin Afrika mətbuatı keçmiş müstəmləkələrin bu addımını keyfiyyət deyil, siyasi amillə izah edir. İddia olunur ki, taxıldan imtinaya səbəb Fransanın bu ölkələrin daxili işlərinə müdaxiləsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya