Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın tezliklə Avropa İttifaqına üzv olmaq istəyindən uzaqlaşacağını bildirib.
Teleqraf xəbər verir ki, nazir eyni şeyin Serbiyanı da gözlədiyini iddia edib.
“Avropa İttifaqı iqtisadi baxımdan çoxsaylı amillər, o cümlədən axmaqlığının nəticəsində öz üstünlüklərini itirir. Bizim serb dostlarımız, indi isə erməni tərəfdaşlarımız da Avropa İttifaqına üzv olmağa can atırlar. Amma əminəm ki, onların bu istəyi çox tezliklə yox olacaq”, - Lavrov vurğulayıb.