“Rusiya Prezidenti Vladimir Putinin şəxsiyyəti ikiləşib”.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin keçmiş rəhbəri Riçard Mur deyib.
Murun fikrincə, “birinci Putin” soyuqqanlı realistdir, zərurət yarandıqda razılaşmalar əldə etməyə hazırdır. MI6-nın keçmiş rəhbəri Kreml sahibinin bu keyfiyyətinin nümunəsi kimi Rusiyanın Suriyada baş verən hadisələr və ölkədəki hərbi bazalarının saxlanmasına dair mövqeyini göstərib.
Mur “ikinci Putin”i isə ideoloji və özünə arxayın bir insan kimi təsvir edib:
“Belə bir Putinlə Ukraynadakı müharibəsi kontekstində yalnız təzyiq yolu ilə mübarizə aparmaq mümkündür”.