Müharibə Netanyahu iqtidarını laxlada bilər: İkinci atəşkəs razılaşmasına İsrail də əməl etməyə məcbur olacaq
13:40 28.02.2025
Dünya
646
HAMAS Qəzza zolağında İsraillə atəşkəs razılaşmasının icrasını davam etdirməyə və sazişin növbəti mərhələsinə keçməyə hazır olduğunu açıqlayıb. Bu barədə HAMAS-ın yaydığı bəyanatda qeyd edilib. Bəyanatda qeyd edilib ki, atəşkəs razılaşmasının birinci mərhələsinin bağlanması ilə biz razılaşmanın bütün bəndlərinin bütün mərhələlərində və təfərrüatlarında həyata keçirilməsinə dair tam öhdəliyimizi vurğulayırıq. Biz beynəlxalq ictimaiyyətdən tələb edirik ki, heç bir gecikmə və ya yayınma olmadan razılaşmaya tam sadiq qalması və dərhal ikinci mərhələyə daxil olması üçün İsrailə təzyiq göstərsin.
Qeyd edək ki, HƏMAS və İsrail arasında Qəzza zolağında atəşkəs razılaşmasının icrasında çətinliklər yaranmışdır. Yanvarın 26-da İsrail rəsmiləri HƏMAS-ın razılaşmanı pozduğunu bildirərək, geri qaytarılması planlaşdırılan girovlardan birinin, Arbel Yehudun, azad edilmədiyini və girovların siyahısının təqdim olunmadığını qeyd etmişlər. Nəticədə, Qəzza sakinlərinin anklavın şimalına qayıtmasına icazə verilməyəcəyi açıqlanmışdır.
AĞ partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, sözügedən atəşkəs dönəmində də İsrail bir neçə dəfə atəşkəsi pozdu və müəyyən bombalamalar həyata keçirdi:
“Yəni atəşkəs rejiminə yenə İsrail tərəfi deyil, Fələstin riayət etdi. İkinci atəşkəs rejimi də təbii ki, Fələstinin maraqlarına cavab verir. Çünki atəşkəsin imzalanması qətliamın dayanmasına gətirib çıxarır. Həmas əsirlərin dəyişdirilməsi məsələsində daha çox öz adamlarını azad edə bilib. İsrail də əsirləri azad edir və nəşləri geri qaytarır. İsrail əsirləri sağollaşdıqda fələstinli əsgərlərin başından öpürdü. Amma qarşı tərəfdə elə səhnənin şahidi ola bilmədik. Halbuki İsrail sivil dövlət olaraq tanınırdı. Fikrimcə, ikinci atəşkəs razılaşmasına İsrail də əməl etməyə məcbur olacaq. Çünki İsrailin apardığı savaş onun üçün nəticəsiz qaldı. Nəticəsi olmayan müharibəni davam etdirmək isə Netanyahu iqtidarını daha da laxlada bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region