Müharibə Rusiyaya sıçrayıb, SSRİ-nin taleyi təkrarlanacaq - Yermak
10:10 23.10.2025
Dünya
423
“Rusiya SSRİ-nin parodiyasıdır, onun üçün eyni taleyin təkrarlanacağını istisna etmirəm”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak deyib.
Yermak bildirib ki, Rusiya müharibənin son nəticədə onu məhv edəcəyini anladıqda dayanacaq:
“Rusiyanın daha da zəiflədilməsi üçün hərtərəfli proses gedir. Sanksiyalar müharibəni bir anda dayandıra bilməz, amma Rusiya iqtisadiyyatına zərbə vurur. Kölgə donanmasına qarşı sanksiyalar da ona çox ağır zərbə vurur. Rusiyanın dərinliyinə zərbələr, “Hörümçək toru” kimi əməliyyatlar - bunların hamısı birlikdə işləyir.
Əlbəttə, Putin bu fonda “uğurları” barədə yalan danışmağa davam edir, ona illüziya yaratmaqdan başqa nə qalıb? Ruslar hələ də gücləndiyinə inanırlar. Amma bu, belə deyil, zəif vəziyyətdədirlər. Zaman da onların əleyhinə işləyir, bunun əvəzini sözün əsl mənasında canları ödəyirlər”.
Yermakın sözlərinə görə, ruslar artıq başa düşürlər ki, Rusiya böyük olsa da, Ukraynanın əlləri onun hər yerinə çatır: “Müharibə artıq onların ərazisinə yayılıb”.
Ukrayna rəsmisi qeyd edib ki, Rusiya guya xalqların könüllü birliyidir, amma heç kim ona könüllü qoşulmayıb və orada heç kəs xoşbəxt deyil:
“Rusiya Federasiyası SSRİ-nin parodiyasıdır və onun taleyini təkrarlayacağını istisna etmirəm. Beynəlxalq siyasətdə Moskva özünü çoxlarına “dost” kimi göstərir, amma bu “dostluğun” bədəlini hamı bilir. Mən əminəm ki, heç kim Rusiyanın qalib gəlməsini istəmir. Çünki hamı sərhədsiz gücə malik Rusiyanın necə olduğunu bilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual