Netanyahu terrora qarşı daha geniş əməliyyat hazırladığını bildirib
13:00 12.02.2023
Dünya
494
İsrailin baş naziri Benyamin Netanyahu bir sıra hücumlardan sonra İordan çayının qərb sahilində və Şərqi Qüdsdə antiterror əməliyyatının genişləndirilməsinə hazırlığı müzakirə etmək üçün bazar günü əsas kabinet nazirləri ilə iclas keçirəcəyini bildirib.
APA xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.
"Bu gün (12 fevral) mən Şərqi Qüdsdə, Yəhudeya və Samariyada terrorçulara və onların tərəfdarlarına qarşı daha geniş əməliyyata hazırlaşmaq üçün hərbi-siyasi kabinet iclasını çağıracağam", - məlumatda bildirilir.
Qeyd edək ki, cümə günü günortadan sonra Şərqi Qüdsün Ramot yəhudi məhəlləsində bir avtomobil terrorçu tərəfindən avtobus dayanacağına çırpılıb, ikisi uşaq olmaqla üç israilli həlak olub. Kan radiosunun məlumatına görə, avtomobilin sürücüsü polis tərəfindən yerindəcə məhv edilib, ilkin məlumatlara görə, terrorçu təkbaşına hərəkət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol