
Parlamentari: Bu dəfə Qərbin "demokratiya topu" Gürcüstana tuşlanıb
Yusif Nəzərli
05:38 04.12.2024
Dünya
625
Amma Gürcüstan hakimiyyəti açıq kartlarla düzgün siyasət qurmağı bacardı
Gürcüstanda hökumət əleyhinə etiraz aksiyaları davam edir və vəziyyət kifayət qədər gərgindir. Baş nazir İrakli Kobaxidze baş verən olaylara görə məsuliyyətin Qərb dövlətləri və təşkilatları üzərində olduğunu deyib. Prosesləri Qərb-Rusiya mübarizəsi kimi dəyərləndirənlərə görə, parlament seçkilərində Rusiyaya uduzan Qərb indi bütün imkanları ilə özünə yaxın siyasətçini hakimiyyətə gətirmək istəyir. ABŞ və Fransa kimi dövlətlər Gürcüstanın timsalında “oyuncaq dövlət” yaratmaq niyyəti güdürlər. Məqsəd həm də Cənubi Qafqaza müdaxilə etməkdir. Ermənistandakı mövcud hakimiyyət nə qədər Qərbmeyilli olsa da, Rusiyanın təsirindən tam çıxa bilmir. ABŞ və Fransaya isə tamamilə onların siyasətini müdafiə edəcək oyunçu lazımdır. Ona görə də sonuncu ümid yeri kimi rəsmi Tbilisini görürlər. Lakin Ermənistan və Ukraynanın taleyindən dərs çıxaran Gürcüstan hökuməti Qərbin oyunlarına aldanmaq fikrindən uzaqdır.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda baş tutmuş demokratik seçkilər Qərbin "demokratiyası"na, daha doğrusu, istismarçı demokratiyasına uyğun olmadığına görə nəticələri qəbul etmək istəmirlər. Deputatın sözlərinə görə, hadisənin məntiqi və məzmunu bundan ibarətdir:

"Özünü "demokratik institut" adlandıran Qərb dairələri müstəqil dövlətin daxili işlərinə müdaxilə etməklə, məhz Gürcüstanın milli demokratiyasını boğmağa çalışırlar. Qərb institutları bir neçə istiqamət və ssenari üzrə hərəkət edirlər. Yəni Gürcüstanda milli hakimiyyətin qalib gələcəyi təqdirdə daxildə qarşıdurma yaratmaqla bağlı planları əvvəlcədən var idi. Hazırda həmin planı hissə-hissə həyata keçirirlər. Əlbəttə, bunun nə qədər "uğurlu" olub-olmayacağını demək çətindir. Amma bir şey bəllidir ki, Gürcüstan hakimiyyəti kifayət qədər güclüdür. Dövlət orqanları baş verən proseslərə nəzarət edə bilir. O baxımdan hesab edirik ki, Qərbin Gürcüstanda vətəndaş müharibəsi yaratmaq cəhdləri baş tutmayacaq. Çünki Baş nazir İ.Kobaxidzenin dediyi kimi, gürcü xalqı müdrik xalqdır və Ukraynadan sonra ikinci "Maydan" hərəkatının Gürcüstanda olmasına izn verməyəcək.
Kollektiv Qərb Gürcüstanı işğal etmək, özünün vassalına çevirmək istəyir. Bunu demokratiya adı altında edir. Gürcü xalqının da etirazı bunadır. Bu proseslə Qərb həm də özünü ifşa edir və bir daha aydın olur ki, "insan hüquqları", "xalqın iradəsi", "suverenlik", "siyasi hakimiyyətin legitimliyi" kimi anlayışlar sadəcə Qərbin əlində silahdır. Bu silahla Qərb başqa dövlətləri öz hegemoniyasına daxil etdirməyə çalışır".
Parlament üzvü vurğulayıb ki, Gürcüstanda mühüm bir milli demokratiya hadisəsi baş verdi və xalq şəffaf seçkilərlə öz seçimini etdi:
"Amma bunun ardınca bəzi dairələr radikal bəyanatlar verməyə, etirazları körükləməyə, təhrik etməyə başladılar. Bu da Qərbin demokratiyanı qəbul etməməsi, milli demokratiyaya qarşı mübarizəsidir. Deməli, Qərb ümumiyyətlə, demokratiya istəmir. İllərdir deyirik ki, Qərbin demokratiyası digər ölkələri idarə etmək üçün alətdir. U.Çörçil də deyirdi ki, "demokratiya bizim uzaq vuran topumuzdur". Bu dəfə Qərbin "demokratiya topu" Gürcüstana tuşlanıb. Məsələ sadəcə Gürcüstan yox, regional miqyasdadır. Bura Azərbaycan və Rusiya da daxildir. Bölgə Qərbin nəzərində növbəti bir Suriya poliqonu olmalıdır. Amma Gürcüstan hakimiyyəti açıq kartlarla düzgün siyasət qurmağı bacardı. "Gürcü arzusu" bəyanat verdi ki, əgər söhbət Avropa İttifaqına üzvlükdən gedirsə, o sənədə dərhal qol çəkməyə hazırdır. Ardınca vurğuladı ki, əgər Aİ Gürcüstanı şantaj etməklə nəyəsə nail olmağa çalışırsa, heç zaman buna getməyəcəklər. Bəlli oldu ki, Aİ-nin məqsədi Gürcüstanı Birliyə daxil etdirmək yox, bu ölkəni dəyərsizləşdirmək, vassalına çevirməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya