Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın İrəvanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etmə ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, hökumət başçısı İrəvanda belə bir məsələnin müzakirə olunmadığını deyib.

“Bunu haradan çıxardılar, bunu kim müzakirə edib? Bizim belə bir şey etmək niyyətimiz yoxdur. Əksinə, Rusiyadan gələn turistləri böyük məmnuniyyətlə qarşılayırıq. Onlar Ermənistanın turizm üstünlüklərinin təşviqində çox fəal oyunçulara çevriliblər”, - Paşinyan vurğulayıb.

Mariya Zaxarova bundan əvvəl bəyan etmişdi ki, Ermənistanın Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi Moskvaya yox, İrəvanın özünə qarşı addım olacaq.