Pentaqon nüvə triadasının modernləşdirilməsinin vacibliyini etiraf edib
Yusif Nəzərli
18:59 09.02.2025
Dünya
340
Vaşinqton öz nüvə arsenalının və raket əleyhinə müdafiə sisteminin modernləşdirilməsinə diqqət yetirməlidir.
“Report” xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset “Fox News” telekanalına müsahibəsində söyləyib.
“Rusiyanın böyük nüvə arsenalı var. Çin tələsik şəkildə öz arsenalını yaradır – hər il yüzlərlə yeni nüvə silahı. Biz nüvə triadamızı – quruda, dənizdə və havada modernləşdirməliyik”, – o deyib.
“Ancaq bu həm də “Dəmir qübbə” və ya “Qızıl qübbə”yə aiddir, adını necə adlandırırsınızsa”, – hərbi idarənin rəhbəri ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatlarda yeni raket əleyhinə müdafiə sistemi yaratmaq planlarından danışarkən əlavə edib. Pentaqon rəhbəri 2026-cı maliyyə ili üçün büdcəyə belə bir sistemin yaradılması üçün vəsaitin daxil edilməsinə nail olacağına əmin olduğunu bildirib.
Daha əvvəl “Financial Times” qəzeti yazmışdı ki, ABŞ-nin hazırladığı ən yeni “Amerika dəmir qübbəsi” raket əleyhinə müdafiə sistemi nüvə silahlarının məhv edilməsi üçün lazerlərlə təchiz edilmiş tutma vasitələrinin kosmik fəzada yerləşdirilməsini nəzərdə tutur. Məqalədə qeyd olunmuşdu ki, Tramp Heqsetə 60 gün ərzində belə bir sistemin yerləşdirilməsi planını təqdim etməyi tapşırmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm