
Politoloq: ABŞ və Rusiya arasındakı dialoq geniş perspektiv vəd etmir
10:09 18.02.2025
Dünya
483
Səudiyyə Ərəbistanında ABŞ-Rusiya dialoqu başlayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, artıq Rusiya nümayəndə heyəti Ər-Riyadda ABŞ tərəfi ilə danışıqların aparılacağı məkana gəlib.
ABŞ-ı Dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov və prezident Putinin köməkçisi Yuri Uşakov təmsil edir.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyarto Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, Macarıstan Rusiya və ABŞ arasında ən yüksək səviyyədə dialoqu dəstəkləyir. O bildirib ki, Ukraynada sülhün tez bir zamanda əldə edilməsi üçün Vaşinqton və Moskva arasında gələcək danışıqların uğurlu olacağına ümid edir.
Politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, indiki halda ABŞ və Rusiya arasında münasibətlərin tamamilə düzələcəyini ümid etmək reallıqdan uzaqdır:

"Müəyyən danışıqlar nəticəsində razılaşmalar əldə oluna bilər. Rusiya-Ukrayna müharibəsi ilə bağlı prosedurlar həyata keçiriləcək. Hətta müvəqqəti də olsa, münaqişəni dayandırmaq istəyərlər. Lakin Ukrayna mövzusunda ABŞ və Avropa arasında ciddi parçalanma var. Avropa ölkələri rəsmi Kiyevi milli təhlükəsizlik strategiyasına daxil edirlər. Yəni müharibədən Rusiyanın qalib çıxmasının Avropa üçün ciddi təhdid yaradacağını düşünürlər. Bu baxımdan Tramp administrasiyası ilə razılaşmaya bilərlər. ABŞ Prezidenti və onun komandasının açıqlamasından sonra Avropa İttifaqı (Aİ) üzvlərindən 7 ölkənin xarici işlər naziri eyni nöqtədən bəyanat yaydı ki, Ukraynaya dəstəyimizi davam etdirəcəyik. "Bu isə sonda Ukraynanın təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü məsələsini həll edənə qədər olmalıdır". Məhz Böyük Britaniyanın Baş Naziri Keir Starmerin açıqlamasında da bu fikirlərə rast gəlinir".
Politoloq ABŞ və Rusiya arasındakı dialoqun geniş perspektiv vəd edəcəyini düşünmür:
"Trampın basqısı ilə atəşkəs razılaşması əldə edilməsi mümkündür. Lakin Ukrayna və Aİ-nin iştirakı olmadan, sırf ABŞ və Rusiya münaqişənin qalıcı həllinə nail ola bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm