
Politoloq: “Gürcü arzusu”nun parlamentin ilk iclasını keçirməsi mesaj xarakteri daşıyır
12:06 25.11.2024
Dünya
394
Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə hökumətin yeni tərkibini açıqlayıb. APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumətin tərkibində üç dəyişiklik var. Bildirilib ki, dəyişiklik Xarici İşlər Nazirliyini, Ədliyyə Nazirliyini, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyini əhatə edib. Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hökumətin yeni tərkibində yer almayıb.
Politoloq Turab Rzayev “Sherg.az”a bildirib ki, bunu hökümət böhranı yaxud da hakim partiyanın müxalifəti və prezidenti nəzərə almadan öz siyasətini istədiyi kimi həyata keçirmək kursu adlandırmaq olar:

“Çünki gözlənti ondan ibarət idi ki, Gürcüstanda parlament topla.acaq və onu prezident təsdiqləyəcək. Lakin Salome Zurabişvili iclasda iştirak etmədi və parlamenti legitim saymadığını bildirdi. Saxtakarlıq olduğuna görə seçkini qəbul etmədiyini söylədi. Hətta impiçment üçün Salome Zurabişvilinin sənədini Ali Məhkəməyə göndərmişdilər. Salome Zurabişvili isə vurğuladı ki, onu əvəzləyəcək şəxs yoxdur. İrakli Kobaxidzenin hökumətin yeni tərkibinin təsdiq olunduğunu bildirməsi və Salome Zurabişvilinin etirazlarına baxmayaraq “Gürcü arzusu”nun parlamentin ilk iclasını keçirməsi mesaj xarakteri daşıyır. Yəni faktiki olaraq hökümət müxalifətin və prezidentin etirazlarına baxmayaraq seçki nəticələrini legitimləşdirəcəyini elan edir. Digər tərəfdən müxalifət bütün vilayətlərdə və şəhərlərdə küçə axınları edir. Hökümət isə buna qarşı olaraq onların parlament binasına girişinə qadağa qoyub. Görünən odur ki, Gürcüstanda siyasi gərginlik bir müddət davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm