
Politoloq: Gürcüstanda bu cür qarşıdurmalar gözlənilən idi
13:50 19.11.2024
Dünya
368
Tiflisdə parlament seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla polis arasında toqquşma baş verib. Bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bir neçə nəfər saxlanılıb. Hazırda polis aksiyanın keçirildiyi Tiflisin mərkəzindəki Melikişvili prospektinə tam nəzarət edir və etirazçıları oradan uzaqlaşdırılıb. Müxalifət sona qədər mübarizə aparacağını və etiraz aksiyalarını dayandırmayacağını bildirib.
Politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, Gürcüstanda bu cür qarşıdurmalar gözlənilən idi:

“Çünki bu müxalifətin sonuncu fürsətiydi. Müxalifət düşünür ki, ölkə Qərb və Şərq qarşıdurmasındadır. Ümumiyyətlə iqtidar Rusiya və Çinlə yaxınlaşma yolunu tutub. Müxalifət isə özünü Qərb dəyərlərinin təmsilçisi kimi görür və düşünür ki, Gürcüstan avroatlantik məkana inteqrasiya etməlidir. Eyni zamanda burada təkcə Gürcüstan müxalifəti deyil, ABŞ və Qərb dövlətləri də buna hazırlaşmışdılar. Onlar Gürcüstan hakimiyyətini Rusiyaya yaxınlaşmaqda və Qərbə xəyanətdə ittiham edirlər. Bu səbələ də Gürcüstana qarşı ilkin sanksiyarda hərəkətlənmələr görürük. Hətta Gürcüstana olan maliyyə yardımları dayandırılır. Qərb ölkələri düşünürlər ki, Rusiyanın Gürcüstanda möhkəmlənməsinin qarşısını almasalar, gələcəkdə daha çətin olacaq. Ona görə də açıq şəkildə müxalifəti dəstəkləyirlər. Nəzərə almaq lazımdır ki, “Gürcü arsuzu” partiyası müxalifətin güclənməsini, hakimiyyətə gəlməsini istəmir və var gücü ilə mübarizə aparır. Rusiya və ona yaxın qüvvələr də Gürcüstan hakimiyyəti dəstəkləyəcək, müxalifətin əleyhinə çıxış edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya