
Politoloq: Zelenskinin Çörçillə müqayisə olunması ədalətli və realdır
12:11 25.02.2025
Dünya
513
Uinston Çörçill də Ukrayna Prezidenti Vladimir Zelenskinin indi hərəkət etdiyi kimi edərdi.
Bunu Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevdə Viktor Pinçuk Fondunun təşkil etdiyi xüsusi görüş zamanı deyib.
"Çörçill də Zelenskinin etdiyi kimi edərdi. O da Trampın qarşısında söz seçməzdi”, - Conson bildirib.
O, həmçinin Donald Trampın müharibənin başlanmasında Ukraynanın günahı ilə bağlı açıqlamalarını tənqid edib:
“Bu məntiqlə amerikalılar yaponları Pörl-Harbora hücuma təhrik ediblər. ABŞ-ın hazırkı siyasəti Ukraynanı dəstəkləmək siyasətinə ziddir. Amerikalıların təklif etdiyi reallığı dərk edə bilmirəm, çünki mənim ürəyim var. Xüsusilə, mineral ehtiyatlar üzrə sövdələşmədən danışırıq”.
Conson Trampın Ukraynanın göstərilən dəstəyi kompensasiya etməli olması ilə bağlı tələblərinə müsbət yanaşır.
O xatırladıb ki, Böyük Britaniya İkinci Dünya müharibəsi zamanı verilən Lend-Liz çərçivəsində ödənişləri yalnız 2006-cı ildə dayandırıb.
Onun fikrincə, Trampın fəaliyyətinin əsas məqsədi avropalıların iştirakını artırmaqdır:
“Realist olmalıyıq, lakin öz həll yollarımızı inkişaf etdirməliyik. Xüsusilə, o, Ukrayna torpaqlarında sülhməramlıların əleyhinə deyil, gəlin, bunu edək”.
Politoloq Taleh Əliyev "Sherg.az"a deyib ki, dünən Rusiyanın "xüsusi hərbi əməliyyatlar" adı altında Ukraynaya qarşı apardığı işğal siyasətinin üçüncü ili tamam oldu:

"Bununla əlaqədar Avropa Birliyi rəhbərliyi və Avropa ölkələri Kiyevdə Ukrayna ilə həmrəylik tədbiri keçirdi. Bu addım, ABŞ-dən fərqli olaraq, Avropa dövlətlərinin Ukraynaya qarşı mənəvi və siyasi-hüquqi öhdəliklərinə sadiqliyinin göstəricisidir.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun açıqlamaları göstərir ki, Zelenski bu müharibədə xalqının və dirənişin simvoluna çevrilib. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Ukrayna və onun liderinə qarşı ədalətsiz və qərəzli münasibəti fonunda Zelenski Ukrayna dövlətinin, xalqının və prezident olaraq özünün şərəf və ləyaqətini qürurla təmsil etməsi, onun Uinston Çörçillə müqayisə olunmasını ədalətli və real edir. Avropa liderlərinin Kiyevə səfəri ilə eyni vaxtda Fransa Prezidenti Emmanuel Makron da ABŞ səfər etdi. Onun Trampla müzakirə etdiyi əsas məsələlərdən biri, Ukrayna müharibəsinin həllində Aİ və Ukraynanın maraqlarının qorunması idi. Trampa görüşdən sonra Makron bildirmişdi ki, sülhün təmin edilməsi üçün ABŞ Rusiya ilə olduğu kimi, Ukrayna ilə də ayrıca danışmalı və sonra uzlaşma əsasında sülh müqaviləsi imzalanmalıdır. Bu, əslində, Avropa Birliyinin münaqişənin həllinə dair mövqeyini əks etdirir. Əgər Tramp birtərəfli qaydada Putinlə sövdələşməyə gedərək Ukraynaya təzyiq göstərməyə çalışsa, Aİ-nin Kiyevə açıq və daha geniş dəstək verəcəyinin şahidi olacağıq".
Politoloq əlavə edib ki, son günlər Kremlə qarşı 16-cı sanksiyalar paketinin qəbul edilməsi və 17-ci paket üzərində işlərin aparılması da göstərir ki, AB Rusiya və ABŞ arasında mümkün sövdələşməyə biganə qalmayacaq:
"Sülh planı Avropa və Ukraynanı qane etməzsə, Aİ bunu qəbul etməyəcək və prinsipial mövqeyini davam etdirəcək. Bundan əlavə, sülh imzalanacağı təqdirdə Avropa ölkələri sülhməramlı qüvvələrini regionda yerləşdirməyi əsas məsələ kimi irəli sürəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi geri döndü
20:25 18.02.2026
Futbol
KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır
20:08 18.02.2026
Gündəm
Rubio Raul Kastronun nəvəsi ilə gizli danışıqlar aparır
19:58 18.02.2026
Gündəm
Gürcüstan DTX-da dindirilən keçmiş nazir ölkəni tərk edib
19:46 18.02.2026
Gündəm
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual