
Politoloq: Zurabişvilinin zamanı daralır
Politoloq: Zurabişvilinin zamanı daralır
08:41 06.12.2024
Dünya
401
Kənar qüvvələrin Cənubi Qafqazdakı siyasi vəziyyəti dəyişmək cəhdləri alınmayacaq
Qarşıdakı prezident seçkilərindən sonra Gürcüstanda hakimiyyət daha da güclənəcək, lakin proses çox ağrılı keçəcək
“Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi Qərbin bu ölkənin daxili işlərinə müdaxiləsinin açıq fazaya keçdiyini göstərir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.
Politoloq deyib ki, əvvəlki illərdə də Qərb Gürcüstana media, qeyri-hökumət təşkilatları vasitəsilə təsirlər, hibrid
təhlükələr yaradırdı. İndi isə Qərb açıq şəkildə QHT-lər vasitəsilə ölkələrin daxili işlərinə qarışır, ölkə daxilində ictimai-siyasi vəziyyəti pozur və öz geopolitik məqsədlərini güdürlər:

“Azərbaycanda da Qərb QHT-lərinin uzun müddət ərzində “fəaliyyəti”, eləcə də destruktiv məqsədləri mövcud idi. Lakin Azərbaycan dövlətinin vaxtında atdığı primitiv addımlar bütün təhlükələri neytrallaşdırdı”.
İ.Hüseynovun sözlərinə görə, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb və həyata keçirməyə çalışır:
“İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeyilli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır. Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü il postsovet məkanında, o cümlədən Ukrayna və Gürcüstanda həyata keçirilmiş rəngli inqilabların, habelə 2014-cü ildə Ukraynada baş vermiş inqilabın yenidən özünəməxsus formada təkrarını ehtiva edib. Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi, seksual azlıqların fəaliyyətini məhdudlaşdıran normativ hüquqi aktların tətbiqi, habelə Gürcüstan hökumətinin ölkəni 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verməsi Gürcüstan hakimiyyətinin bu təhlükəni gördüyünü və əks tədbirlər reallaşdırdığını nümayiş etdirir”.
Sektor müdiri hesab edir ki, qarşıdakı prezident seçkilərindən sonra Gürcüstanda hakimiyyət daha da güclənəcək, lakin proses çox ağrılı keçəcək:
“Ehtimal edilir ki, Salome Zurabişvili prezidentlik səlahiyyətləri sona çatmamış hazırda həbsdə olan eks- prezident Mixail Saakaşvilini əfv edə bilər. Bu isə baş tutsa, Gürcüstanı daha böyük etiraz aksiyaları bürüyə bilər. Ümid edirm ki, kənar qüvvələrin Cənubi Qafqazdakı siyasi vəziyyəti dəyişmək cəhdləri alınmayacaq və region əvvəlki sabitliyinə geri qayıdacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq