Putin Moskva-Pekin münasibətlərini “misli görünməmiş” adlandırdı

Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Pekin arasındakı münasibətlərin “misli görünməmiş xarakter daşıdığını” bildirib.

Sherg.az xəbər verir ki, Putin bunu Çin Dövlət Şurasının vitse-premyeri Din Syueysyanla görüşündə deyib. O, Rusiya və Çin arasında, o cümlədən yüksək səviyyədə intensiv təmasların ikitərəfli əlaqələrin misli görünməmiş səviyyəsini təsdiqlədiyini vurğulayıb.

Rusiya lideri Çinlə enerji sahəsində əməkdaşlığın dərinləşdiyini qeyd edib. Onun sözlərinə görə, Moskva Pekinin dinc nüvə enerjisi sahəsində əsas tərəfdaşıdır.